Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri ilə seminar-məşğələ keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri ilə seminar-məşğələ keçirilib
27.05.2019 12:05 / SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri ilə seminar-məşğələ keçirilib

24 may 2019-cu il tarixində Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri ilə seminar-məşğələ keçirilib.

Seminarı AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq

Cəlilov açaraq, sözü AMEA RH aparatının İkinci xüsusi şöbəsinin rəisi Eldar Quliyevə verib.

Eldar Quliyev AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, eləcə də Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarına əsasən təşkil olunduğunu bildirib. O, 193 nömrəli Qərarda fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət və real imkanlar nəzərə alınmaqla əhalinin mühafizəsinin təşkilinin, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təminatının, eləcə də belə şəraitdə idarəetmənin təşkili kimi əsas göstərişlərin öz əksini tapdığını söyləyib.

 Seminarda ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f-r.ü.f.d Canməmməd Rüstəmov rəsədxananın tarixi və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O, seminar iştirakçılarına ŞAR-ın yaranması və bu günədək keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verib. Alim Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin elmə göstərdiyi diqqət və qayğısı nəticəsində rəsədxanada aparılan yenidənqurma işlərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra AMEA RH aparatının İkinci xüsusi şöbəsinin baş mütəxəssisi Oktay Fərzəliyevin AMEA-nın Mülki Müdafiə Tədbirlər Planına uyğun olaraq ŞAR-da MM-in vəziyyətinin yoxlanılmasının nəticələri haqqında çıxışı dinlənilib. Oktay Fərzəliyev qeyd edib ki, yoxlamanın yekun nəticələrinə əsasən ŞAR-da Mülki Müdafiənin təşkili 2019-cu il üçün nəzərdə tutulan Mülki Müdafiə Tədbirlər Planına uyğun şəkildə aparılır.

Sonda Eldar Quliyev çıxış edərək seminar iştirakçılarına Mülki müdafiənin daha düzgün təşkili haqqında öz tövsiyyələrini verib. O, AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı mütəmadi məlumatlandırıldığını diqqətə çatdırıb. Bildirib ki, fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bilmək, fövqəladə hadisələrdən əsas müdafiə üsullarını öyrənmək, ekstremal hallar zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək və ilkin tibbi yardımın göstərilməsi qaydalarını mənimsəmək və onu tətbiq etməyi bacarmaq lazımdır.

Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanasında hərbi uçot və bron etmə işləri kadrlar şöbəsi tərəfindən “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarının, eləcə də Nazirlər Kabinetinin 8 may 2013-cü il tarixli “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”na uyğun olaraq aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025