Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
16.05.2019 09:05 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – 15 may/19.24 UTC-də baş verən C2 sinfindən olan alışma səbəbindən Günəş fəallığında çox aşağı səviyyədən aşağı səviyyəyə yüksəlmə müşahidə olunur. C2 sinfindən olan bu alışmanın əsas mənbəyi 2741 (N05W44, Hsx/alpha) fəallıq oblastı olmuşdur. Bu oblast hələ də parçalanmadan fəallığını stabil saxlamaqdadır. 2740 (N08W81) fəallıq oblastı isə artıq hissələrə parçalanmaq üzrədir və qərb limbinə dönür.  Koronoqraf  görüntülərində 

Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində çox yüksəlmiş, 15 may/19.05 UTC-də 1,250 pfu -ya bərabər maksimal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrləri zəifləmə müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 500 km/san-dən 400 km/san qiymətinə düşmüşdür. Ümumi maqnit sahəsi 5 - 10 nT intervalında dəyişmişdir, Bz komponenti isə əsasən şimala yönəlmişdir. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır, lakin 15 may/16.25 UTC-də müsbət sektorun sərhəddinə yaxınlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınmışdır (Kp=3-4).

Kosmik hava proqnozu – Proqnoz dövründə (16-18 may) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Lakin 2741 fəallıq oblastında əsasən də birinci proqnoz günündə C sinfindən alışma baş verə bilər. 

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (16-18 may) yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (13 - 15 may) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə 12 mayda atılan CME Yerə çatacaq, sonra isə ardınca 13 mayda baş verən Tac kütlə atılması Planetlərarası maqnit sahəsində nizamsızlıq meydana gətirəcəkdir. Son proqnoz günündə (18 may) CME təsirinin  azalacağı, Günəş küləyinin fon rejiminə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (16, 17 may) CME-lərin (12 may və 13 may) Yerə çatması səbəbindən geomaqnit sahədə həyəcanlaşmaların artacağı, G1 səviyyəli, bəzən isə G2 səviyyəli qasırğaların olacağı proqnozlaşdırılır. 18 may proqnoz tarixində də CME təsirinin azalmasına baxmayaraq onun fəsadlarının davam edəcəyi gözlənilir, eyni ilə G1 səviyyəli geomaqnit qasırğa ola biləcəyi istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 16 may tarixində 35%, 17 may tarixlərində 30%, 15 may tarixində isə 10% olaraq qiymətləndirilir. 

 

DİQQƏT!

Qeyd edək ki, 16 və 17 may tarixlərində geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlaşmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025