Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. 2740 (N08E54, Dho/beta-delta) fəallıq oblastında hesabat dövründə 05 may/13.42 UTC-də B9/Sf sinfindən olan güclü alışma baş vermişdir. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) aşkarlanmamışdır.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksəlmiş, 05 may/20.15 UTC-də 1,177 pfu-ya bərabər maksimal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Hesabat dövründə Günəş küləyi parametrləri zəifləmə müşahidə olunmuşdur. Günəş küləyinin sürəti hesabat dövrünün əvvəlindəki 485 km/san qiymətindən hesabat dövrünün sonunda 375 km/san qiymətinə kimi azalmışdır. Ümumi maqnit sahəsi 4 nT-ya bərabər olmuş, Bz komponenti isə -2 nT qiymətinə kimi azalmışdır. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınmışdır (Kp=3-4).
Kosmik hava proqnozu – Proqnoz dövründə (06-08 may) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Lakin 2740 fəallıq oblasıtı mürəkkəb maqnit quruluşa malik olduğundan C sinfindən alışma baş verəcəyi istisna edilmir.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (06-08 may) mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (06 - 08 may) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (06-08 may) CH HSS təsirinin qalacağı və Günəş küləyi parametrlərində azacıq güclənmə proqnozlaşdırılır.
Proqnoz dövründə ilk iki gün (06, 07 may) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=3), lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir. 08 may proqnoz tarixində isə geomaqnit sahədə tam sakit şərait (Kp=2,3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.