25 aprel tarixində, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Seminarı Şamaxı Astrofizika Rəsədxanasının "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri, f-r.ü.f.d Bayram Rüstəmov açaraq, seminar haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra rəsədxananın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçisi Sabir Əliyev "Pekulyarlıq effektinin maqnit ulduzlarının fotometrik dəyişkənliklərində rolu" mövzusunda məruzəsini seminar iştirakçılarına təqdim edib.
Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.