Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. 2739 (N06, Lo=266) oblastı tamamilə parçalanmaya məruz qalmış, nəticədə Günəş diski ləkəsiz olmuşdur. 21 aprel/04.44 UTC-də SEON şəbəkəsi tərəfindən II tip radio püskürmə barədə məlumat verilmişdir. Bu hadisə qərb diskində yaranan və 21aprel/05.00 UTC-də SOHO/C2 tərəfindən çəkilən CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) ilə əlaqələndirilir. Yaranan CME Yerə doğru yönəlməmişdir. Hesabat dövründə alışma olmamışdır.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində zəifləmişdir. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Hesabat dövründə Günəş küləyi parametrləri fon səviyyəsində olmuşdur. Günəş küləyinin sürəti 330 - 365 km/san intervalında dəyişmişdir. Ümumi maqnit sahəsi ortalama 2-7 nT olmuşdur, Bz komponenti azacıq dəyişikliyə məruz qalmışdır. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olmuşdur.
Kosmik hava proqnozu – Proqnoz günlərində (22 - 24 aprel) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (22 - 24 aprel) aşağı səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (22 - 24 aprel) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (22 - 24 aprel) Günəş küləyi parametrlərində zəif güclənmə müşahidə olunacaq.
Proqnoz dövründə (22 - 24 aprel) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2-3). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.