Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diskindəki 2738 (N06W19, Hhx/alpha) şəklində nömrələnmiş oblast qeyri-fəal qalmış və parçalanmağa başlamışdır. Əldə olunan görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmamışdır. Hesabat dövründə alışma olmamışdır.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksəlmişdir. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Hesabat dövründə Günəş küləyi parametrləri fon səviyyəsində olmuşdur. Günəş küləyinin sürəti 385 km/san olmuş, hesabat dövrünün sonuna isə 310 km/san-yə qədər enmişdir. Ümumi maqnit sahəsi ortalama 3 nT olmuş, Bz komponenti isə +1 nT-dan -3 nT-ya qədər intervalda dəyişmişdir. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olmuşdur.
Kosmik hava proqnozu – Proqnoz günlərində (15 - 17 aprel) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Lakin C sinifindən olan alışmaların baş verməsi az ehtimallı olsa da istisna edilmir.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (15 - 17 aprel) orta və ya yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15 - 17 aprel) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (15 - 17 aprel) Günəş küləyi parametrlərində nominal rejim müşahidə olunacaq.
Proqnoz dövründə (15 - 17 aprel) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2-3). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.