Ekskursiyalar Saytın xəritəsi
AZEN
Tusi Bohm Planetariumda “Ümumdünya Kosmonavtika günü”nə həsr olunmuş “Gələcəyin mühəndisi” layihəsinin mükafatlandırma mərasimi keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Tusi Bohm Planetariumda “Ümumdünya Kosmonavtika günü”nə həsr olunmuş “Gələcəyin mühəndisi” layihəsinin mükafatlandırma mərasimi keçirilib
15.04.2019 09:04 / TƏDBİRLƏR Tusi Bohm Planetariumda “Ümumdünya Kosmonavtika günü”nə həsr olunmuş “Gələcəyin mühəndisi” layihəsinin mükafatlandırma mərasimi keçirilib

Şamaxı Astrofizika Rəsədxanası, Azərkosmos, Bakı Dövlət Universiteti, Park Bulvar AVM-in dəstəyi ilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı çərçivəsində 12 aprel  “Ümumdünya Kosmonavtika günü”nə həsr olunmuş Bakı şəhər məktəbliləri arasında ”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib. Məktəblilər üçün təşkil olunan proqram 15 noyabr 2018-ci il tarixindən başlayaraq 12 aprel 2019-cu il tarixinə qədər dəvam edib.

 Layihənin əsas məqsədi məktəblilərin astonomiya və astrofizika biliklərinin genişləndirilməsi, onların kosmik sənayeyə marağının artırılması, astronomik maarifləndirilmə sayəsində onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsi və onlar arasında kosmik mühəndisliyin təbliği, ictimai diqqətin cəlb edilməsindən ibarətdir.

Məktəblilər Tusi-Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqənin seçim mərhələsi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində həyata keçirilib. Təşkilat Komitəsi tərəfindən yaradılmış astrofiziklər, mühəndislər və mütəxəssislərdən ibarət olan münsiflər heyəti məktəblilərin hazırladıqları maketləri qiymətləndiriblər. Münsiflər heyətinə Firuzə Sultan-zadə - Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, Famil Mustafa - TUSİ-BOHM Planetariumun direktoru, Mirnamik Bəşirov - Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, Böyükbəy Vəzirov - Azərkosmosun peyk mühəndisi, Fuad Dadaşov - Milli Aviasiya Akademiyasının böyük elmi işçisi daxil edilib. “Gələcəyin mühəndisi” müsabiqəsi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər ümumtəhsil müəssisələrinin V-VIII və IX-XI sinif şagirdləri arasında 2 yaş qrupu çərçivəsində (fərdi və qrup şəklində) keçirilib. Müsabiqədə 24 məktəb üzrə 63 iştirakçı hazırladıqları 54 maket ilə çıxış ediblər.

Müsabiqənin mükafatlandırma mərasimi Park Bulvar AVM-in TUSİ-BOHM Planetariumda “Kosmonavtika günü” ilə əlaqədar olaraq təntənəli şəkildə qeyd olunub və qaliblərə sertifikatlar və o cümlədən pul mükafatı təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025