Aprelin 4-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Şamaxı Astrofizika Rəsədxanasının "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri, f-r.ü.f.d Bayram Rüstəmov seminarı açaraq, seminar haqda tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri" şöbəsinin müdiri, professor Nəriman İsmayılov “Be Herbiq tipli İL Cep A ulduzunun spektroskopik orbit elementləri” (İsmayılov N.Z, Poqodin M.A, Bahəddinova G.R, Bəşirova U.Z, Adıgözəlzadə H.N) mövzusunda məruzə ilə çıxış edib.
Nəriman İsmayılov seminar iştirakçılarına 2006-2018-ci illər ərzində Be Herbiq tipli İL Cep A ulduzunun Şamaxı Astrofizika Rəsədxanasında aparılmış spektral monitorinqinin nəticələri haqda geniş məlumat verib və ŞAR-da bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, fərqli yanaşmalar qeyd edilib və suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.