Ekskursiyalar Saytın xəritəsi
AZEN
ŞAR-da “Günəş-Yer fizikasının aktual problemləri” mövzusunda Azərbaycan-Rusiya beynəlxalq seminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
ŞAR-da “Günəş-Yer fizikasının aktual problemləri” mövzusunda Azərbaycan-Rusiya beynəlxalq seminarı keçirilib
08.04.2019 09:04 / SEMİNARLAR ŞAR-da “Günəş-Yer fizikasının aktual problemləri” mövzusunda Azərbaycan-Rusiya beynəlxalq seminarı keçirilib

Aprelin 5-də Azərbaycan-Rusiya əməkdaşlığı çərçivəsində, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Rusiya Elmlər Akademiyası N.V.Puşkov adına Yer maqnetizmi, ionosferi və radiodalğaların yayılması istitutunun (İZMİRAN) birgə təşkilatçılığı ilə rəsədxanada “Günəş-Yer fizikasının aktual problemləri” mövzusunda beynəlxalq seminar keçirilib.

Seminarın əsas məqsədi Azərbaycan və Rusiya alimləri arasında Günəş və Günəş-Yer əlaqələrinin fizikası sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi olub. Tədbirdə hər iki ölkədən tanınmış alim və mütəxəssislər iştirak edib.

Seminarı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ölkəmizdə müxtəlif beynəlxalq elmi tədbirlərin keçirilməsinin Azərbaycanın uğurlu daxili və xarici siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb. Sonra çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov seminarı yüksək səviyyəli təşəbbüs kimi dəyərləndirib və elmi-tədqiqat müəssisələrinin birgə əməkdaşlıq tarixindən danışıb. Rusiya tərəfdən çıxış edən natiqlər - professorlar Vladimir Kuznetsov və Vladimir Obridko tədbirin əhəmiyyətindən danışıblar, həmçinin bu seminarın tədqiqatçılara böyük töhfə verdiyini xüsusi vurğulayıblar.

Rəsmi açılış mərasimi bitdikdən sonra seminar işini hər iki ölkə alimlərinin son illərdə əldə etdikləri mühüm elmi nəticələrə həsr olunmuş məruzələri ilə davam etdirib. Belə ki, seminarda hər iki ölkənin alim və mütəxəssisləri tərəfindən Günəş-Yer fizikasının aktual problemləri haqqında mühüm mövzularda çıxışlar edilib və mövzular ətrafında müzakirələr aparılıb. Seminarda məruzə ilə çıxış edən alimlər toqquşmasız plazma mühitində müxtəlif dayanıqsızlıqların 16-momentli köçürmə tənlikləri əsasında tədqiqi üzrə ŞAR-da və İZMİRAN-da alınan nəzəri nəticələr barədə ətraflı məlumat veriblər. Alınan nəzəri nəticələrin Günəş küləyinə tətbiqi və təcrübi məlumatlara uyğunluğu barədə gənc alimlərin çıxışı da maraqla qarşılanıb.

Seminarda Günəşdə baş verən qeyri-stasionar proseslərə dair tədqiqatların nəticələri, onların Yer biosferinə təsiri üzrə araşdırmaların gələcək perspektivləri geniş müzakirə edilib. Seminar zamanı tərəflər bir-birini maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025