Aprelin 2-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə ətraflı məlumat verib.
Gündəlikdə olan məsələlərlə bağlı aidiyyatı şəxslərin çıxışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.
Daha sonra iclasda Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayinin Tacikistan ezamiyyəti barədə hesabatı dinlənilib.
Sonda cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.