Ekskursiyalar Saytın xəritəsi
AZEN
16-20 sentyabr 2019-cu il tarixlərində Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçiriləcək - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
16-20 sentyabr 2019-cu il tarixlərində Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçiriləcək
17.12.2018 17:12 / KONFRANSLAR 16-20 sentyabr 2019-cu il tarixlərində Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçiriləcək

16-20 sentyabr 2019-cu il tarixlərində AMEA Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Ulduzlar və planetlər fizikası: atmosferləri, aktivlik və maqnit sahələri”adlı beynəlxaq konfrans keçiriləcək.      

                                         (Русская версия-первoe сообщение) 

                                         (Русская версия-второe сообщение)

Konfransın posteri/Постер конференции                                                           (Русская версия-третье сообщение)

İştirakçıların siyahısı/Список участников

Konfransın keçirilməsinin əsaslandırılması və məqsədi:

Son illərdə respublikamızda bütün sahələrdə, o cümlədən elmi sahələrdə aparılan yeniləşmələr və nail olduğu sürətli inkişaf dünya elmi ictimaiyyəti arasında da ölkəmizə qarşı böyük maraq doğurmuşdur. Bu cəhət AMEA ŞAR-ın timsalında özünü aydın şəkildə göstərir. Başda Prezidentimiz cənab İlham Əliyev olmaqla ölkənin, o cümlədən Milli Elmlər Akademiyasının rəhbərliyi, rəsədxanada son illərdə böyük yeniləşmə proqramı həyata keçirmiş, astronomlarımızın iş və yaşayış şəraiti köklü şəkildə yaxşılaşdırılmış, elmi tədqiqat cihaz və avadanlıqları modernləşdirilmişdir. Bunun nəticəsidir ki, son illərdə rəsədxana alimləri respublika və beynəlxalq əhəmiyyətli elmi tədqiqat qrantları almış, əməkdaşların xarici nüfuzlu jurnallarda çap olunmuş elmi məqalələrinin sayı artmış, rəsədxana əməkdaşlarının xarici ölkələrlə elmi yaradıcılıq əlaqələri genişlənmişdir. Belə bir şəraitdə rəsədxanamızda bu cür nüfuzlu beynəlxalq konfransın keçirilməsi astrofizika sahəsində ölkəmizin xarici əlaqələrinin genişlənməsinə, birgə beynəlxalq layihələrə qoşulmasına əhəmiyyətli dərəcədə kömək edəcəkdir.

Ulduzlar və planetlər fizikası müasir astrofizika elminin sürətlə inkişaf edən sahəsidir. Bu istiqamətdə son onillikdə əldə olunmuş bir sıra mühüm elmi nəticələr Kainat və onu təşkil edən maddə haqqında təsəvvürlərimizin tamamilə yeniləşməsinə səbəb olmuşdur. Bunlardan yeni növ maddə və şüalanmanın qarşılıqlı təsiri, atomların yeni şüalanma parametrlərinin dəqiqləşdirilməsi, yüksək ayırdetməli kosmik teleskopların tətbiqi ilə bütün elektromaqnit şüalanma diapazonlarında alınan müşahidələr, minlərlə Günəşdənkənar planet sistemlərinin kəşfi misal ola bilər.

Konfransda bütün bu yeniliklər fonunda ulduzlar və planetlər fizikasında alınmış yeni nəticələr müzakirə olunacaqdır. Konfransın əhatə etdiyi mövzular əsasən AMEA ŞAR-da aparılan ənənəvi mövzulardır, ona görə burada əsas məqsəd rəsədxanada aparılan elmi tədqiqat istiqamətlərinin dünya elminə inteqrasiyasına kömək etmək, yeni yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq elmi tədqiqat proqramlarına çıxışların təmin edilməsidir. Konfransda müxtəlif ölkələrdən dəvət olunmuş nüfuzlu alimlər əsas istiqamətlər üzrə geniş plenar məruzələr edəcək. Gənc tədqiqatçıların elmi yaradıcılıq fəallığını artırmaq və stimullaşdırmaq məqsədi ilə, konfransda onların çıxışlarına da geniş yer verilməsi nəzərdə tutulur.

Əsas mövzular:

1. Ulduzların spektri: müşahidə, işləmə, modelləşdirmə

2. Ulduzların parametrləri, atmosferlərin kimyəvi tərkibi, maqnit sahələri

3. Ulduzların aktivliyi, qeyri satsionar ulduzlar

4. Kompakt obyektlər

5. Ulduzların quruluşu və təkamülü

6. Günəş sistemi cisimlərinin fizikası

7. Günəşdənkənar planetlər

Tarixlər:

1-ci elan: 15 dekabr 2018

Qeydiyyatın başlanması: 15 yanvar 2019

Qeydiyyatın sonu: 1 avqust 2019

2-ci elan: 1 mart 2019

3-cü elan: 1 iyul 2019

Məruzə və tezislərin verilməsinin başlama tarixi: 15 yanvar 2019

Tezislərin son verilmə tarixi: 1 iyul 2019 (18:00)

İştirakçıların gəlmə tarixi:  15 sentyabr 2019

Konfransın başlama tarixi: 16 sentyabr 2019 (10:00)

Konfransın bitmə vaxtı: 19 sentyabr 2019 (18:00)

İştirakçıların getmə tarixi: 20 sentyabr 2019

Materialların nəşri:

Konfrans materiallarının (abstrakt və məqalələrin ) Azərbaycan Astronomiya Jurnalında nəşri gözlənilir.

Məruzələrin məqalə forması http://aaj.shao.az/  saytında Sample başlığı altında göstərilən nümunəyə uyğun şəkildə təqdim edilməlidir. 

Konfransın təşkilat komitəsinin ünvanı:

AZ-5626, Y.Məmmədəliyev qəsəbəsi, Şamaxı, Azərbaycan

E-mail: stellaratm2019@gmail.com     

Telefon: (+994 12) 510 82 91, mob: (+994 50) 623 06 31 (WhatsApp)

Konfransın həmsədrləri:

Müxbir üzv Cəlilov N.S.       namigd@mail.ru          

Prof. İsmayılov N.S.              ismailovnshao@gmail.com      

Dos. Maşonkina L.İ.              lima@inasan.ru

QEYD: Konfrans haqqında daha geniş məlumatı saytımızın ingilis versiyasından əldə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir. 

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025