Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
28.02.2019 10:02 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb. Hesabat dövründə alışma baş verməyıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövrünün sonuna yaxın Günəş küləyi parametrləri yüksək səviyyədə olub. 27 fevral/12.00 UTC-də ümumi maqnit sahəsi 10 nT-ya qədər yüksəlmiş, günün sonunda isə 12 nT qiymətində qərarlaşmışdır. Bz komponenti isə cənuba yönəlməklə 6.65 nT qiymətindən 0.55 nT qiymətinə qədər enməklə  maksimal kənaraçıxmaya malik olmuşdur. Günəş küləyinin sürətində 27 fevral/12.00 UTC-dən etibarən yüksəlmə qeydə alınmayıb, 27 fevral/15.30 UTC-də  450 km/san qiymətinə çatıb.

Geomaqnit sahə, son 24 saat ərzində fəal olmuşdur (Kp indeks=4-5). Fasilələrlə G1 – Minor səviyyəli qasırğa qeydə alınmışdır.

Kosmik hava proqnozu – Proqnoz günlərində (28 fevral - 2 mart) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə 28 fevral və 1 mart tarixlərində CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin təsiri altında yüksələcək. 2 mart tarixində də yüksək səviyyə proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (28 fevral - 2 mart) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (28 fevral, 1 mart) Günəş küləyi parametrləri yüksəlməkdə davam edəcək. Növbəti gün də (2 mart) CH HSS effektinin təsiri davam etdiyindən, parametrlərin yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə ilk iki gün (28 fevral, 1 mart) ümumi geomaqnit fəallıq gözlənilir. CH HSS effekti təsirinin davam etməsi hesabına Kp=5 qiymətlərində G1-Minor səviyyəli maqnit qasırğasının ola biləcəyi proqnozlaşdırılır. Maqnit qasırğasının baş vermə ehtimalı 28 fevral tarixində 25%-dən, digər günlərdə isə 10-15%-dən aşağı qiymətləndirilir. Kp indeksin əsasən ilk gün 4-5, son iki proqnoz günləri isə 3-4 intervalında dəyişəcəyi gözlənilir.

DİQQƏT!

Əsasən, 28 fevral tarixində geomaqnit sahənin belə fəallıq şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə mənfi təsirlərə səbəb ola bilər. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə və bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025