Ekskursiyalar Saytın xəritəsi
AZEN
ŞAR-ın təşkilatçılığı ilə Tusi-Bohm Planetariumda Elm Gününə həsr olunmuş tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
ŞAR-ın təşkilatçılığı ilə Tusi-Bohm Planetariumda Elm Gününə həsr olunmuş tədbir keçirilib
20.02.2019 13:02 / TƏDBİRLƏR ŞAR-ın təşkilatçılığı ilə Tusi-Bohm Planetariumda Elm Gününə həsr olunmuş tədbir keçirilib

Fevralın 19-da Tusi-Bohm Planetariumda 27 mart - Elm Gününə həsr olunmuş “Super Moon” adlı tədbir keçirilib.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə planetariumun direktoru Famil Mustafa açıb.

Sonra ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edib. Qeyd edib ki, son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 09 aprel 2018-ci il tarixli Sərəncamı elmin inkişafı və təbliği üçün göstərilən növbəti böyük dəstəklərdən biridir.

Alim vurğulayıb ki, bu sərəncamın icrası ilə əlaqədar olaraq AMEA Prezidenti Akif Əlizadənin qərarı ilə Tədbirlər planı təsdiqlənib. İlk tədbirin təşkili isə Şamaxı Astrofizika Rəsədxanasına həvalə edilib.

N.Cəlilov bildirib ki, bugünkü tədbirin adının seçilməsi təsadüfi deyildir: “Bildiyiniz kimi Ay Yerin ətrafında dartılmış orbit üzrə hərəkət edir. Yəni ay ərzində bir dəfə ən yaxın məsafədə, bir dəfə isə ən uzaq məsafədə olur. Bu yaxın məsafələrin özü, təxminən 356 mindən 365 min kilometr arası dəyişə bilər. Bu gün baş verəcək “Super Ay”(Super Moon) hadisəsində Ay Yerə 356,761 min kilometr məsafəyə qədər yaxınlaşacaq. Bu zaman Ay daha parlaq görünür və səthindəki detallar daha aydın seçilir”.

Daha sonra ŞAR-ın əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ədalət Ətayi  astronomiya ilə bağlı elmi- populyar məruzə ilə çıxış edib.

Qeyd edək ki, tədbirdə Xəzər Universiteti “Dünya” məktəbinin tələbələri və AMEA İnformasiya Texnologiyaları İnstitutunun gənc alim və mütəxəssisləri də iştirak ediblər.

Tədbirin sonunda kosmosa səyahətlə bağlı sənədli film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025