Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) və hesabat dövründə alışma olmayıb.
2 MeV- dən çox enerjili elektron seli hesabat dövrü ərzində aşağı səviyyədə olmuşdur. 10 MeV- dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır. Hesabat dövrünün sonuna yaxın Günəş küləyi parametrləri fon səviyyəsində olub. Günəş küləyinin sürəti 350 - 360 km/san intervalında dəyişib. Ümumi maqnit sahəsi artmış, 6.02 nT qiymətinə malik olmuşdur. Bz komponenti isə cənuba yönəlməklə - 0.6 nT maksimal kənaraçıxmaya malik olmuşdur. Phi bucağı əsasən mənfi sektora yönəlmişdir.
Geomaqnit sahə, son 24 saat ərzində sakit olmuşdur (Kp indeks=2).
Kosmik hava proqnozu – Proqnoz günlərində (18-20 fevral) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV- dən çox enerjili elektron selinin proqnoz dövründə (18-20 fevral) orta və yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (18-20 fevral) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə ilk gün (18 fevral) Günəş küləyi parametrlərinin fon rejimində qalacağı gözlənilir. Növbəti günlər (19-20 fevral) müsbət qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin təsiri hesabına nisbətən güclənəcəyi proqnozlaşdırılır.
Proqnoz dövründə ilk gün (18 fevral) ümumi geomaqnit sakitlik gözlənilir. Növbəti proqnoz günləri (19-20 fevral) əsasən sakit şəraitin üstünlük təşkil edəcəyinə baxmayaraq, arabir Kp=3 və ya 4 qiymətlərində zəif fəal geomaqnit şəraitin ola biləcəyi istisna edilmir. Maqnit qasırğasının baş vermə ehtimalı 18 fevral tarixində bir faizdən, 19 fevralda on beş faizdən, 20 fevralda isə iyirmi faizdən aşağı qiymətləndirilir. Kp indeksin 2-4 intervalında dəyişəcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.