Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rusiyada yaşayan azərbaycanlı alim şəxsi kitab kolleksiyasını Rəsədxananın Elmi kitabxanasına bağışlayıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rusiyada yaşayan azərbaycanlı alim şəxsi kitab kolleksiyasını Rəsədxananın Elmi kitabxanasına bağışlayıb
20.06.2017 11:06 / MÜHÜM HADİSƏLƏR Rusiyada yaşayan azərbaycanlı alim şəxsi kitab kolleksiyasını Rəsədxananın Elmi kitabxanasına bağışlayıb

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  keçmiş baş elmi işçisi,  hazırda isə Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əsgər Həsənəlizadə şəxsi kitab kolleksiyasını Rəsədxananın  Elmi kitab­­xanasına bağışlayıb.

Alimin şəxsi kolleksiyasına 1500-ə qədər astronomiya, astrofizika, mexanika-riyaziyyat, fizika və s. elmlərə aid kitablar, toplular, konfrans materialları daxildir. Bütün bu elmi kitablar kitabxana qaydası ilə elmi-texniki cəhətdən işlənərək  Rəsəd­xananın  Elmi kitabxanasının fonduna daxil ediləcək.

Qeyd edək ki, alim müxtəlif vaxtlarda AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsəd­xana­­­sının aparıcı elmi işçisi, Astrofiziki Metrologiya laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. Günəş fizikası üzrə mütəxəssisdir.

70-ə yaxın elmi işin və 1 monoqrafiyanın müəllifi olan alimin elmi işlərindən bir çoxu beynəlxalq elmi jurnallarda ingilis dilində nəşr edilib (Solar Physics, Astrophysics and Space Science və b.) və hazırda öz aktuallığını qoruyub saxlayır. Bunun göstəricisi çoxsaylı elmi məqalələrdə, o cümlədən müasir elmi işlərdə Əsgər Həsənəlizadənin müəllifi olduğu işlərin isti­nad mənbəyi kimi göstərilməsidir.           

Alim bir çox beynəlxalq elmi konfransların, simpoziumların iştirakçısıdır. 1990-cı ildən etibarən Avropa Astronomik İttifaqının üzvü, 1995-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. 1993-cü ildə Soros qrantını alan ilk namizədlərdəndir.

Əsgər Həsənəlizadə SSRİ Elmlər Akademiyasının Baş Astronomiya Rəsəd­xa­nasın­da  (Pulkovo) aspiranturada oxuduğu müddətdə həmin rəsədxananın “Günəş Fizikası” şöbə­sinin müdiri, “Solneçnıye Dannıye” bülleteninin redaktoru prof. V.A.Kratın rəhbərliyi ilə Sakit Günəş spektrində “qırmızı sürüşmə” effektini yeni fotoelektrik metodla öyrənməyə başlayıb. Bu metod fotoqrafik üsuldan bir çox üstünlükləri ilə fərqlənir, bunlardan ən başlıcası ondan ibarətdir ki, bu metod ölçülən dalğa uzunluqlarının dəqiqliyini bir neçə dəfə artırır.

Daha sonra alim hidrogen və hidrogenə bənzər ionların spektral xətlərinin qravitasional qırmızı sürüşmələrinə kvant təsəvvürünü tətbiq edərək diskret düstur alıb. Nəticədə alınmış əlaqə sabitinin Hidrogen Layman seriyası kontiniumunun Günəş spektrindəki qravitasional qırmızı sürüşməsinə bərabər olduğu müəyyən edilib. Bu iş Pulkovo Rəsədxanasında keçirilən müsa­biqədə I yerə layiq görülüb. Dissertasiyanın müdafiəsinə kimi 1963-67-ci illərdə onun 7 məqaləsi çapdan çıxıb.

1996-cı ildən Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Hal-hazırda təqaüddədir. 3 oğlu, 1 qızı və 4 nəvəsi var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.   

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025