Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb. Hesabat dövründə alışma olmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olmuş, 2,67 pfu olmaqla maksimal qiymətinə 10 fevral/19.20 UTC-də çatmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Hesabat dövründə son 24 saat ərzində Günəş küləyi parametrlərinin zəifləyən CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effekti fonunda azacıq yüksək səviyyədə olması müşahidə olunub. Günəş küləyinin sürəti 370.3 km/san olmuşdur. Ümumi maqnit sahəsi [3.1 nT, 4.2 nT], Bz komponenti isə cənuba yönəlməklə [-1.1 nT, -2.3 nT] intervalında qiymətə malik olub.
Geomaqnit sahə son 24 saat ərzində CH HSS effekti davam etdiyindən fasilələrlə nizamsız fəallıq şəraitləri qeydə alınmaqla ümumən sakit olub.
Kosmik hava proqnozu – Proqnoz günlərində (11-13 fevral) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (11-13 fevral) orta və yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (11-13 fevral) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (11-13 fevral) Günəş küləyi parametrlərinin yaxşılaşacağı proqnozlaşdırılır.
Proqnoz dövründə (11-13 fevral) ümumi geomaqnit sakitlik gözlənilsə də, fasilələrlə zəif fəal şəraitin - zəif həyəcanlaşmanın ola biləcəyi istisna edilmir. Maqnit qasırğasının baş vermə ehtimalı 5%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.