Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Əldə olunan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olmuş, 22,52 pfu olmaqla maksimal qiymətinə 06 fevral/23.00 UTC-də çatıb.
10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır. Hesabat dövründə son 24 saat ərzində Günəş küləyi parametrlərinin artması müşahidə olunmuşdur. Günəş küləyi sürəti 350 km/san-dən 450 km/san-yə qədər artmışdır. Ümumi maqnit sahəsi 3 nT və 8 nT arasında dəyişmişdir. Bz komponenti +- 7 nT tərtibində olub. Phi bucağı əsasən mənfi sektorda qərarlaşıb.
Geomaqnit sahə, son 24 saat ərzində fasilələrlə nizamsız fəallıq şəraitlərinin meydana gəlməsinə baxmayaraq ümumən sakit olub.
Kosmik hava proqnozu – Proqnoz günlərində (07-09 fevral) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə ilk iki gün ərzində (07-08 fevral) orta və yüksək səviyyədə qalacağı gözlənilir. Bu günlərdə elektron selinin yüksəlməsi əsasən CIR (Co-rotating Interaction Region – Müxtəlif sürətli axınların qarşılıqlı təsir oblastı) təsirinə bağlıdır. CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin üzünmüddətli təsiri səbəbindən üçüncü proqnoz günü (09 fevral) elektron selinin yüksək səviyyəyə qalxacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (07-09 fevral) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (07-09 fevral) CIR və CH HSS effektləri geoeffektivlik baxımından daha əlverişli mövqeyə malik olacağından Günəş küləyi parametrlərinin də artacağı proqnozlaşdırılır.
Proqnoz dövründə ilk gün (07 fevral) fasilələrlə fəal şəraitin - zəif həyəcanlaşmanın davam edəcəyi istisna edilmir. Növbəti iki proqnoz günü isə (08-09 fevral) mənfi qütblülüyə malik CH HSS effektinin təsirindən fəal şərait periodlarının sayca artacağı gözlənilir. Buna baxmayaraq, proqnoz günlərində maqnit qasırğasının baş vermə ehtimalı 10%-dən aşağı qiymətləndirildiyindən geomaqnit sahənin sakit rejimdə qalacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.