Ekskursiyalar Saytın xəritəsi
AZEN
Nəhəng Yer tipli planetlərlə toqquşmalar ekzoplanetlərin atmosfer müxtəlifliyini izah edə bilər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Nəhəng Yer tipli planetlərlə toqquşmalar ekzoplanetlərin atmosfer müxtəlifliyini izah edə bilər
04.02.2019 12:02 / ASTRO XƏBƏRLƏR Nəhəng Yer tipli planetlərlə toqquşmalar ekzoplanetlərin atmosfer müxtəlifliyini izah edə bilər

Güclü toqquşmalar digər ulduzlar ətrafında aşkar olunmuş nəhəng daş planetlər arasında fərqliliyi izah edə bilər.

Yeni tədqiqatda göstərilir ki, kosmik cismin planetlə toqquşmasından meydana gələn istilik planet atmosferinin bir hissəsinin və ya tamamının yoxa çıxmasında mühüm rol oynayır.

NASA-nın Kepler (Kepler Space Telescope) və “Planet Ovçusu” (Planet Hunter) adlanan kosmik teleskopları kiçik dar orbitlərdə ana ulduzların ətrafında fırlanan, ölçüsü Yer və Neptun ölçüsü arasında olan  çox saylı planet aşkar edib. Bu planetlərin sıxlıqlarını hesablayan alimlər belə nəticəyə gəliblər ki, bir çox planet massiv helium-hidrogen atmosferinə malikdir. Lakin bu atmosferlərin müxtəlif xüsusiyyətlərə malik olması, planet formalaşdıqdan sonra onların təkamülündəki fərqliliyi göstərir.

Tədqiqatçılar yeni işdə kompüter simulyasiyasının köməyi ilə aydınlaşdırıblar ki, cavan planetin atmosferinin tamam yoxa çıxması üçün çox massiv nüvə tələb olunmur.

Astronomlar müxtəlif toqquşma variantlarını modelləşdirərək belə nəticəyə gəliblər ki, cavan ekzoplanet atmosferinin 50-100%-nin yoxa çıxması üçün, planet kütləsinin onda birindən böyük olmayan kütləli obyekt də kifayət edir.

Beləliklə, cavan planetdə bir qayda olaraq bərk qabığın hələ də formalaşmaması və planetin dərin qatlarından çıxan istiliyin səth vasitəsilə sürətli udulması hesabına atmosferin əlavə qızması kimi faktlar da atmosferin itməsinə gətirib çıxarır.

Qeyd edək ki, tədqiqat işi elmi preprintlərin arxiv.org serverində yerləşdirilib.

Aparıcı müəllif Con Biyerstekerdir (John Biersteker).

Əlaqəli mənbə: https://www.astronews.ru/cgi-bin/mng.cgi?page=news&news=20190201204102   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir. 

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025