Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olmuş, 1,390 pfu olmaqla maksimal qiymətinə 03 fevral/20.40 UTC-də çatmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Geomaqnit sahə, son 24 saat ərzində nisbi sakit olmuşdur.
Kosmik hava proqnozu – Günəş fəallığı növbəti üç gün ərzində (04-06 fevral) çox aşağı səviyyədə olacaq.
2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (04-06 fevral) yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (04-06 fevral) fon səviyyələrində davam etməsi gözlənilir.
Günəş küləyi parametrlərinin proqnoz dövründə (04-06 fevral) nominal səviyyədə qalacağı proqnozlaşdırılır.
Proqnoz dövründə (04-06 fevral) geomaqnit sahənin ümumən sakit rejimdə qalacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.