Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
DSCOVR kosmik aparatının ölçmələri Günəş küləyi parametrlərinin nominal səviyyədə olduğunu göstərmişdir. Günəş küləyinin sürəti 340 – 385 km/san sürətə malik olmuş, ümumi maqnit sahəsi 5 nT və aşağı qiymət almışdır. Phi bucağı əsasən mənfi sektora yönəlmişdir.
Geomaqnit sahə, son 24 saat ərzində nisbi sakit olmuşdur.
Kosmik hava proqnozu – Günəş fəallığının növbəti üç gün ərzində (21-23 yanvar) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.
2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (21-23 yanvar) normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (21-23 yanvar) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (21-23 yanvar) Günəş küləyi parametrlərində nominal rejimin davam edəcəyi gözlənilir.
Proqnoz dövründə (21-23 yanvar) geomaqnit sahənin sakit rejimdə qalacağı proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.