Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Əldə olunan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksək səviyyəyə çatmışdır və 16 dekabr/20.20 UTC-də hesabat dövrü üçün 1,430 pfu-ya bərabər maksimal qiymətini almışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Günəş küləyi parametrlərində normal rejimə dönmə müşahidə olunur. Belə ki, Günəş küləyinin sürəti 295-330 km/san intervalında olmuşdur. Ümumi maqnit sahəsi bütün hesabat dövrü ərzində 1-7 nT-dan arasında dəyişmişdir. Bz komponenti isə +6 /- 4 nT diapazonlarında dəyişmişdir. Hesabat dövründə Phi bucağı istiqamətinə görə 16 dekabr/08.45 UTC-ə qədər əsasən mənfi Günəş sektorunda olmuş, sonra isə dəyişkənlik göstərmişdir.
Geomaqnit sahə, son 24 saat ərzində sakit olmuşdur.
Kosmik hava proqnozu – Günəş fəallığının növbəti üç gün ərzində (17-19 dekabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (17-19 dekabr) orta səviyyəyə düşəcəyi gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (17-19 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə ilk gün (17 dekabr) mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams-Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin zəif təsiri hesabına Günəş küləyi parametrlərində də azacıq artma müşahidə oluna bilər. Son iki proqnoz günü isə (18, 19 dekabr) parametrlərin nominal rejimə dönəcəyi gözlənilir.
Proqnoz dövründə birinci gün (17 dekabr) CH HSS effektinin zəif təsiri, geomaqnit sahədə ümumi sakit fonda zəif nizamsızlıqlar ola biləcəyini istisna etmir. Qalan iki gün (18, 19 dekabr) geomaqnit sahə tam sakit rejimdə olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.