Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections-Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal-yüksək səviyyələr arasında variasiyalara məruz qalmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Günəş küləyi parametrlərində normal rejimə dönmə müşahidə olunur. Belə ki, Günəş küləyinin sürəti 400 km/san-yə qədər azalmışdır. Ümumi maqnit sahəsi bütün hesabat dövrü ərzində 5 nT-dan aşağı olmuşdur. Bz komponenti isə +/-3 nT diapazonlarında dəyişmişdir. Hesabat dövründə Phi bucağı istiqamətinə görə əsasən mənfi günəş sektoruna doğru yönəlmişdir.
Geomaqnit sahə, son 24 saat ərzində nisbi sakit olmuşdur.
Kosmik hava proqnozu – Günəş fəallığının növbəti üç gün ərzində (13-15 dekabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.
2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (13-15 dekabr) yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (13-15 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (13-15 dekabr) Günəş küləyi parametrlərində nominal rejimin davam edəcəyi gözlənilir.
Proqnoz dövründə (13-15 dekabr) geomaqnit sahənin sakit rejimə dönəcəyi proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.