Noyabrın 7-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya şurasının növbəti iclası keçirilib.
Əvvəlcə Dissertasiya şurasının sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Sonra ŞAR-ın elmi işçisi Məmmədova Səbinə Oleqovnanın “UX ORİ TİPLİ WW VUL ULDUZUNUN SPEKTRAL VƏ FOTOMETRİK XÜSUSİYYƏTLƏRİ” (elmi rəhbər f.-r.ü.f.d., dosent Bayram Rüstəmov) mövzusunda astronomiya üzrə fəlsəfə doktoru dissertasiya işinə rəsmi opponentlərin, aparıcı təşkilatın və müdafiə vaxtının təyini məsələsi müzakirə edilib.
Sonda cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.