Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections–Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində orta səviyyədə qalmaqla 21 oktyabr/00.05 UTC-də 814 pfu-ya bərabər olan pik qiymətinə çatmışdır.
10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır. SSBC-Günəş enerjisi sektorunun sərhəd kəsişməsi (Solar Sector Boundary Crossing) səbəbindən müsbət qütblülüyə malik zəif CH HSS (Coronal Hole High Speed Streams–Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) təsirindən Günəş küləyi parametrlərinin əvvəlki periodlara nisbətən güclənməsi müşahidə edilmişdir. Belə ki, 21 oktyabr/07.00 UTC-ə qədər Günəş küləyinin sürəti 275-300 km/san olmuşdur. 21 oktyabr/14.28 UTC-də isə küləyin sürəti 399 km/san qiymətinə qədər yüksəlmişdir. Ümumi maqnit sahəsi ortalama olaraq 9 nT, Bz komponenti isə CIR (Co-rotating Interaction Region-Birgə dönən qarşılıqlı təsir regionu) yaxınlaşması səbəbindən-8 nT tərtiblərində olmuşdur. Phi bucağı əsasən mənfi sektora doğru yönəlmişdir.
Geomaqnit sahədə son 24 saat ərzində zəif CH HSS təsirinə baxmayaraq ümumən sakit olub.
Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (22-24 oktyabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.
2 MeV-dən çox enerjili electron selinin proqnoz dövrünün bütün günləri (22-24 oktyabr) orta səviyyədən yüksək səviyyəyə qalxacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15–17 oktyabr) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (22-24 oktyabr) Günəş küləyi parametrlərinin yaxşılaşaraq nominal fon rejiminə qayıdacağı gözlənilir.
Proqnoz dövründə CH HSS effekti təsirinin zəifləməsi və günəş küləyi rejimi nominal səviyyəyə gəlməsi səbəbindən geomaqnit sahənin də sakit olacağı proqnozlaşdırılır. Lakin 24 oktyabrda fasilələrlə zəif həyəcanlanmalar istisna edilmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.