AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin kiçik elmi işçisi Rəcəb İsmayıllı 03 - 07 sentyabr 2018 - ci il tarixlərində İspaniyanın Santa Kruz de Tenerife şəhərində keçirilən BUKS 2018 (Günəş atmosferində dalğalar və dayanıqsızlıqlar) adlı yay məktəbində iştirak edib.
Dünyanın müxtəlif ölkələrindən olan alimlərlə EIF-KETPL-2-2015-1(25)-56/11/1 qrant layihəsi üzrə alınmış elmi nəticələrin müzakirəsi aparılan tədbirdə əməkdaşımız “Anizotrop Günəş küləyi plazmasında maqnitohidrodinamik Kelvin-Helmholtz dayanıqsızlığı” adlı məruzə ilə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.