İyulun 27-dən 28-nə keçən gecə baş verən Ay tutulması və Mars-Yer qarşıdurması hadisəsi ilə əlaqədar olaraq AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası “açıq qapı” günü keçirib.
Bu təbiət hadisəsini izləmək üçün Şamaxı Astrofizika Rəsədxanası tərəfindən 2 böyük və 1 balaca teleskop ayrılıb.
Gecə saatlarından başlayaraq 1000-nə yaxın xarici və yerli qonaq rəsədxanaya gəlib. Müşahidə prossesinin yüksək səviyyədə təşkili üçün rəsədxana əməkdaşları bu işə cəlb edilib.
Adı çəkilən təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlayıb, 02:19-da başa çatıb.
Teleskoplarda müşahidə gələn qonaqlarda xoş təəssürat yaradıb.
Qeyd edək ki, tutulma prossesi zamanı rəsədxananın 2 m-lik teleskopunda Mars planetinin elmi məqsədlər üçün spektral müşahidəsi də aparılıb.
Rəsədxanada "açıq qapı" günü-qısa video çarx: https://youtu.be/1OX0I8UNrRE
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.