Bu ilin ikinci Ay tutulması hadisəsi iyulun 27-dən 28-ə keçən gecə baş verəcək.
Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da başa çatacaq.
Tutulma Yerin ekvatorial zonasında baş verəcək. Bu tutulma mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək.
Qeyd edək ki, iyulun 27-dən 28-ə keçən gecə baş verəcək Ay tutulması hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq.
Ətraflı məlumat üçün: http://shao.az/uploads//Ay_tutulmalari_2018.pdf
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.