Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effekti nəticəsində Günəş küləyi sürətinin artması səbəbindən yüksək səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli isə bütün period ərzində fon səviyyəsində stabil qalıb.
Günəş küləyi parametrləri zəifləyən mənfi qütblü CH HSS mühitinə uyğun olub. Belə ki, ümumi maqnit sahəsi də effekt zəiflədiyindən 10 nT-dan 4 nT-ya qədər azalıb. Bz komponenti dəyişkən olub. Phi bucağı əsasən mənfi sektora doğru yönəlib. Son 24 saat ərzində Günəş küləyinin sürəti də 600 km/san-dən 550 km/san-yə qədər azalıb.
Geomaqnit sahədə son 24 saatın əvvəllərində həyəcanlanma müşahidə olunsa da sonlarında ümumən sakitdir.
Kosmik hava proqnozu - Günəş aktivliyi növbəti üç gün ərzində (26-28 iyul) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.
2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (26-28 iyul) CH HSS effektinin təsirindən sonra da yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (26-28 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə növbəti üç gün ərzində (26-28 iyul) Günəş küləyi parametrləri CH HSS effektinin yaratdığı şəraitə uyğun olacaqdır. Bu effektin təsirində zəifləmə proqnozlaşdırıldığından Günəş küləyi sürətinin də azalacağı gözlənilir.
Proqnoz dövründə (26-28 iyul) geomaqnit sahə üçün sakit şəraitin davam edəcəyi gözlənilir.
https://www.spaceweatherlive.com
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.