Ekskursiyalar Saytın xəritəsi
AZEN
Günün kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Günün kosmik hava durumu və proqnozu
06.07.2018 12:07 / KOSMİK HAVA Günün kosmik hava durumu və proqnozu

Kosmik hava durumu - Günəşdə aktivlik aşağı səviyyədə olub. SOHO / LASCO-dan 05 iyul /01.00 UTC-də alınan mövcud koronoqraf təsvirlərində N12E11 yaxınlığında püskürmə müşahidə olunsa da həmin oblastda CME (Coronal Mass Ejections–Tac Kütlə Atılmaları) baş vermədi. Görünür ki, eruptiv maddənin böyük hissəsi Günəş tərəfindən udulub. SDO / AIA 193 təsvirlərində 04 iyul/23.25 UTC-də cənub-qərb kvadrantında bir neçə impulsiv tac qaralmaları müşahidə olunub. Bu aktivlik oblastı STEREO-A koronoqrafında təxminən 05 iyul /13.09 UTC-də müşahidə olunan CME üçün mənbə ola bilər. Lakin proqnozçular SOHO / LASCO-dan əlavə təsvirlər almadıqca hələlik Yerə doğru istiqamətlənən CME komponentin olub-olmadığını dəqiqliklə deyə bilmirlər. Daha bir CME 05 iyul/12.24 UTC-də SOHO / LASCO koronoqrafının təsvirlərində diskin şimal-qərb kənarında müşahidə olunub.

2 MeV-dən çox enerjili elektron seli aşağı səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli isə bütün period ərzində fon səviyyəsində stabil qalıb.

Günəş küləyi parametrləri bir neçə gün davam edən fon səviyyəsindən güclənib. Belə ki, hesabat dövründə Günəş küləyinin sürəti ortalama təxminən 325 km / san-dən 450 km / san-yə qədər yüksəlib. Son 24 saat ərzində ümumi magnit sahəsinin qiyməti də 5 nT-dan 12 nT-ya qədər artmış, günün sonunda isə 10 nT qiymətində sabitləşib. Bz komponenti -9 nT olmaqla cənuba doğru meyl etmişdir. Phi bucağı əsasən müsbət və mənfi sektorlarda dəyişib.

Son 24 saat ərzində geomaqnit sahə sakit olsa da günün sonuna yaxın, daha dəqiq isə 05 iyul / 18.00-21.00 UTC sinoptik periodunda G1 (Minor) səviyyəli geomaqnit qasırğası səbəbindən həyəcanlanıb.

Kosmik hava proqnozu - Mövcud təsvirlər Günəş aktivliyinin növbəti üç gün ərzində (06-08 iyul) çox aşağı səviyyədə davam edəcəyini göstərir. Lakin bu gün ərzində alınacaq yeni koronoqraf təsvirləri proqnoz dövründə aktivliyin gedişi barədə daha dəqiq məlumat verməyə yardım edə bilər.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (06-08 iyul) normal və nisbətən yüksək olacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (06-08 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə növbəti 24 saat ərzində (06 iyul) Günəş küləyi mühitinin fon səviyyəsinə yenidən düşəcəyi gözlənilir. İkinci və üçüncü günlər isə (07–08 iyul) şimal tacından qaynaqlanan CH HSS (Coronal Hole High Speed Streams-Tac Dəliyindən Yüksək Sürətli Axınlar) hesabına parametrlərin də artacağı proqnozlaşdırılır.

Proqnoz dövründə birinci gün (05-07 iyul) geomaqnit sahənin az həyəcanlanmış halda olması daha real görünsə də növbəti iki gün (07–08 iyul) ərzində ümumən sakit olacağı gözlənilir, lakin bununla belə fasilərlə nizamsız aktivliyin yaranması da istisna edilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025