Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada gənc kimyaçıların yay məktəbinin açılışı olub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada gənc kimyaçıların yay məktəbinin açılışı olub
04.07.2018 16:07 / TƏDBİRLƏR Rəsədxanada gənc kimyaçıların yay məktəbinin açılışı olub

AMEA Kimya Elmlər Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə kimya sahəsində tədqiqatlar aparan gənclər üçün “Gənc kimyaçıların yay məktəbi – 2018”adlı tədbir keçirilib.

İyulun 4-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) yay məktəbinin açılışı olub.

Əvvəlcə iştirakçılara ŞAR-ın Astronomiya Muzeyində təşkil edilən sərgilər əsasında rəsədxananın elmi işlər üzrə direktor müavini, f.ü.f.d. dosent Xıdır Mikayılov bu elm mərkəzi barədə ətraflı məlumat verib.

Tədbirdə Kimya Elmlər Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev çıxış edərək “Gənc kimyaçıların yay məktəbi-2018”in akademiyanın tarixində gerçəkləşdirilən bu cür ilk təşəbbüs olduğunu bildirib. Qeyd edib ki, gənc alim və mütəxəssislərin bir–birini yaxından tanımaları, qeyri-rəsmi müstəvidə aktual mövzularda fikir mübadiləsi aparmaları baxımından bu cür məktəblər xüsusi əhəmiyyət kəsb edir. Alim kimyaçıların yay məktəbində bölməyə daxil olan 4 institutdan 12 fəlsəfə doktoru, 16 doktorant və 6 magistr olmaqla, ümumilikdə 34 gənc mütəxəssisin iştirak etdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov yay məktəbinin iştirakçılarına uğurlar arzulayıb, astrofizika elmi ilə kimya elminin qarşılıqlı əlaqələri barədə fikirlərini söyləyib, bu mövzuda müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov yay məktəbinin əhəmiyyətindən danışaraq qeyd edib ki, ilk dəfə keçirilən bu tədbirə maraq gözlənildiyindən çox olub. Kimya sahəsində tədqiqatları ilə fərqlənən xeyli gənc alim və mütəxəssis yay məktəbində iştirak etmək üçün hüquq qazanıb. O, yay məktəbinin məqsədi və formatı haqqında gəncləri, yerli icra orqanlarının nümayəndələrini və media təmsilçilərini məlumatlandırıb.

Tədbirin rəsmi açılışından sonra 4 aktual mövzuda məruzələr dinlənilib, gənc kimyaçılar arasında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 5 gün müddətində gənc kimyaçılar müxtəlif elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə kimya elminin yeni prioritetlərinə dair biliklərini təkmilləşdirəcək, habelə yay mövsümündə vaxtlarını səmərəli keçirəcəklər. Belə ki, ilk günlərdə prioritet istiqamətlərlə bağlı AMEA-nın kimya bölməsinə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatların nəticələri yay məktəbində müzakirə ediləcək.

Sonrakı günlərdə iştirakçı gənclər teleskopla ulduzları müşahidə edəcək, ulduzlar sistemi haqqında sənədli filmlərə baxacaq, habelə Şamaxı rayonu ərazisindəki tarixi məkanlara ekskursiyalara gedəcəklər.

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025