Kosmik hava durumu - Günəşdə aktivlik çox aşağı səviyyədə olub. Görünən disk ləkəsizdir. Mövcud koronoqraf təsvirlərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections–Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli, 28 iyun /19.35 UTC-də özünün 5.570 pfu-ya bərabər maksimal qiymətinə çatıb. 10 MeV-dən çox enerjili proton seli isə bütün period ərzində fon səviyyəsində qalıb. Günəş küləyi parametrlərində CH HSS (Coronal Hole High Speed Streams-Tac Dəliyindən Yüksək Sürətli Axınlar) effektinin mənfi qütblülüyünün təsiri altında artma müşahidə edilir.
Son 24 saat ərzində geomaqnit sahə sakit olub.
Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (29 iyun-01 iyul) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (29 iyun-01 iyul) yüksək olacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (29 iyun-01 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (29 iyun-01 iyul) Günəş küləyi mühitinin nisbətən yaxşılaşacağı gözlənilir.
Proqnoz dövründə (29 iyun-01 iyul) geomaqnit sahədə CH HSS effektinin təsiri davam etdiyindən bəzi vaxtlarda kiçik həyəcanlanmaların ola biləcəyi istisna edilməsə də, ümumən sahənin sakit olacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.