Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədədir. Bu period ərzində 2713 (N03E69, Bxo/beta) ilə nömrələnmiş aktivlik oblastı meydana gəlib. Mövcud koronoqraf təsvirlərində Yerə doğru yönələn CME müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövründə 12/21.25UTC -də, özünün 1.206 pfu pik qiymətinə bərabər yüksək səviyyəsinə çatıb. 10 MeV-dən çox enerjili proton seli də bütün period ərzində fon səviyyəsində qalıb.
Günəş küləyi parametrləri normal şəraitin davam etdiyini göstərir. Günəş küləyi sürəti 300 km/san ətrafında dəyişir. Hesabat dövrü ərzində, ümumi maqnit sahəsi 5 nT-dən aşağı, Phi bucağı isə mənfi sektorda olub.
Geomaqnit sahə sakit olaraq qalır.
Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (13-15 iyun) çox aşağı səviyyədə davam etməsi gözlənilir.
2 MeV-dən çox enerjili electron selinin birinci proqnoz günündə (13 iyun) yüksələcəyi gözlənilsə də növbəti iki gün (14-15 iyun) üçün yenidən orta səviyyələrə düşəcəyi ehtimal olunur. 10 MeV-dən çox enerjili proton selinin isə proqnoz dövründə fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövrünün ilk günü (13 iyun) Günəş küləyi mühitində mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliyindən Yüksək Sürətli Axınlar) effektinin zəif də olsa təsirinin hiss olunmağına baxmayaraq, ikinci və üçüncü günlər (14-15 iyun) şəraitin yenidən fon səviyyəsinə qayıdacağ gözlənilir..
Proqnoz dövrünün birinci gününün əvvəlində (13 iyun) CH HSS-in zəif təsiri səbəbindən nisbətən nizamsız həyəcanlanmaların davam edəcəyi gözlənilir. İkinci və üçüncü proqnoz günü isə (14-15 iyun) Günəş küləyinin normal parametrlərə yaxın mühiti fonunda geomaqnit sahənin sakit olacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.