Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədədir. Son 24 saat ərzində 2713 (Bxo/beta, N06E56) aktivlik oblastı meydana gəlsə də, stabil və nisbi qeyri-aktiv şəkildə qalmaqda davam edir. Mövcud koronoqraf təsvirlərində Yerə doğru yönələn CME müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövründə 14/00.30 UTC -də, özünün 1.000 pfu pik qiymətinə bərabər yüksək səviyyəsinə çatıb. 10 MeV-dən çox enerjili proton seli də bütün period ərzində fon səviyyəsində qalıb.
Günəş küləyi parametrləri normal şəraitin davam etdiyini göstərir. Günəş küləyi sürəti 290 - 300 km/san ətrafında dəyişir. Hesabat dövrü ərzində, ümumi maqnit sahəsi 5 nT-dan aşağı, Phi bucağı isə dəyişkən olub.
Geomaqnit sahə sakit olaraq qalır.
Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (14-16 iyun) çox aşağı səviyyədə davam etməsi gözlənilir. Amma meydana gələn 2713 aktivlik oblastı ümumən stabil olsa da, qısamüddətli və B-sinfindən olan alışmaların yaranması ehtimalı istisna edilmir.
2 MeV-dən çox enerjili electron selinin və 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (14-16 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (14-16 iyun) Günəş küləyi mühitində də nominal fon şəraiti hökm sürəcək.
Proqnoz dövründə (14-16 iyun) Günəş küləyinin normal parametrlərə yaxın mühiti fonunda geomaqnit sahənin əsasən sakit olacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.