Ekskursiyalar Saytın xəritəsi
AZEN
Günün kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Günün kosmik hava durumu və proqnozu
04.06.2018 10:06 / KOSMİK HAVA Günün kosmik hava durumu və proqnozu

Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədədir. 2712 bölgəsində (N14W63, Bxo / beta) azacıq zəifləmə müşahidə olunsa da B-sinfindən olan təsadüfi alışma aktivliyi davam etməkdədir. SDO / AIA 304 görüntüləri 03/00.19 UTC-dən etibarən cənub-qərb kənarından protuberans püskürməsi müşahidə edilib. LASCO C2 təsvirində elə diskin həmin kənarından 03/02.12 UTC-də yavaş hərəkət edən CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə edilib. Bu CME-nin yerinə və istiqamətinə görə demək olar ki, Yerə yönəlmiş bir komponenti gözlənilmir. Mövcud koronagraf təsvirlərində Yerə doğru yönələn digər CME-lər də müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövründə 03/18.30 UTC-də, özünün 26.889 pfu pik qiymətinə bərabər yüksək səviyyəsinə çatmışdır. 10 MeV-dən çox enerjili proton seli də fon səviyyəsində qalıb.

Günəş küləyi parametrləri, mənfi qütblülüyə malik CH HSS-nin (Coronal Hole High Speed Streams- Tac Dəliyindən Yüksək Sürətli Axınlar) davamlı təsirini əks etdirir. Günəş küləyi sürəti təxminən 03/11.00 UTC-ə qədər ortalama 615 km / san olsa da, sonrakı mərhələdə 725 km / san-yə qədər artım müşahidə edildi.

Küləyin sürəti, hesabat dövrünün sonuna təxminən 630 km / san-yə qədər azaldı. Bu sürət artımı mənfi və müsbət istiqamətlənmə arasında phi bucağında müşahidə olunan dəyişkənliklə üst-üstə düşür. Hesabat dövrü ərzində, Bz komponenti +3 nT ila -4 nT arasında dəyişdiyi halda, ümumi sahə 1-6 nT arasında dəyişmişdir. Phi bucağı qeyd edildiyi kimi 03/11.00 UTC-ə qədər davamlı olaraq mənfi istiqamətdə qalmışdır.

Geomaqnit sahə, mənfi qütblü CH HSS təsiri altında kiçik həyəcanlanmalar istisna olmaqla ümumən sakit olaraq qalmışdır.

Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (04-06 iyun) çox aşağı səviyyədə davam etməsi gözlənilir. 2712 bölgəsi qərb limbinə yaxınlaşdığından, 04-05 İyun tarixlərində az ehtimalla C-sinfindən olan təcrid olunmuş alışma aktivliyi ola bilər.

2 MeV-dən çox enerjili electron seli növbəti üç gün ərzində (04-06 İyun) çox yüksək səviyyəyə çatacaq və 10 MeV-dən çox enerjili proton selinin isə proqnoz dövründə fon səviyyələrində davam etməsi gözlənilir.

Günəş küləyi parametrlərinin hazırki durumu uyğun şəkildə proqnoz dövründə də (04-05 İyun) davam edəcəyi gözlənilsə də mənfi qütblü Ch HSS-in zəifləməsi də istisna edilmir. Üçüncü gün (06 iyun) günəş küləyi mühitinin əsasən nominal səviyyədə olması gözlənilir.

CH-HSS effektinin təsiri yavaş-yavaş azaldığından, birinci və ikinci günlər (04-05 iyun) geomaqnit sahəsinin kiçik həyəcanlanmalar fonunda əsasən sakit olacağı gözlənilir. Üçüncü gün isə (06 iyun), geomaqnit sahə  tam sakit səviyyədə olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025