
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı qismən zəifləsə də, maksimal sinifli alışma 4576 ləkə regionunda baş vermiş M2.4 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R1 səviyyəli fasilələr, 19 noyabrda Yerə zəif təsiri ola biləcək Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 2 ləkə qrupunda 23 ləkə və ekvtorial, həmçinin qütblərdə Tac Dəliyi müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan əsasən elektron yüksək səviyyədə olmuş, 4744 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.
Günəş küləyinin maksimal sürəti 489 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 18nT, radial istiqamətdə isə -8 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (317 km/san), sıxlığı 1.7 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 2.52 nT, radial istiqamətdə isə 1.8 nT təşkil edir.
Hesabat dövründə 19 noyabrda gözləniləndən bir az gec qısa müddətli, G1 səviyyəsinədək aktivlik qeydə alınmışdır. Hal-hazırda geomaqnit sahəsinin intensivliyini xaraterizə edən Kp indeksi 0.3 göstərir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (23-29 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 35%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron seli TKA və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə yenidən yüksələ bilər. 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyi sürətinə də TKA və TDA təsiri gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–40%, orta geomaqnit enliklərdə isə 30-1%-dir.
Geomaqnit sahəsi – 23 noyabrda 19 noyabrda baş vermiş Tac Kütlə atılmasının, 27 noyabrda isə ekvatorial Tac Dəliyinin təsiri gözlənilir. Hər iki halda və Günəşin bu günə olan ümumi aktivliyi fonunda geomaqnit qasırğasının baş verməsi ehtimalı azdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.