Ekskursiyalar Saytın xəritəsi
AZEN
Türk dillərində astronomiya təhsilinə həsr olunmuş beynəlxalq sessiya keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Türk dillərində astronomiya təhsilinə həsr olunmuş beynəlxalq sessiya keçirilib
20.11.2026 09:33 / TƏDBİRLƏR Türk dillərində astronomiya təhsilinə həsr olunmuş beynəlxalq sessiya keçirilib

18 noyabr 2026-cı il tarixində Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili Ofisinin (IAU OAE) təşkilatçılığı ilə keçirilən 2026-cı il Astronomiya Təhsili üzrə Beynəlxalq Konfrans çərçivəsində “Sinif otağında astronomiya: türk dilli xalqlarda tədris təcrübələri” adlı Türk dilləri sessiyası təşkil olunub.

Sessiya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi türkdilli ölkələrdə astronomiya təhsilinin mövcud vəziyyətini və tədris təcrübələrini müzakirə etmək, astronomik terminologiyanın milli dillərdə formalaşdırılması ilə bağlı məsələlərə diqqət çəkmək, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək olub. Bu məqsədlə, Azərbaycan, Türkiyə və Qazaxıstandan olan alimlər, universitet müəllimləri və məktəb müəllimləri bir araya gəliblər.

Sessiyanın açılışında N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılov “Ortaq Səma Altında, Doğma Dillərimizdə Elmə Doğru” adlı məruzə ilə çıxış edib. O, çıxışında Türk dünyasının astronomiya elminin inkişafına verdiyi tarixi töhfələrə, xüsusilə Marağa və Uluqbəy rəsədxanalarının elmi irsinə toxunub. Müasir dövrdə astronomiya təhsilinin ana dillərində tədrisinin əhəmiyyətini vurğulayan məruzəçi elmi terminologiyanın inkişafını, türk dillərində tədris resurslarının hazırlanmasını və təcrübə mübadiləsinin genişləndirilməsini əsas prioritetlər kimi qeyd edib. Həmçinin Şamaxı Astrofizika Rəsədxanasının elmi-tədqiqat və astronomiyanın populyarlaşdırılması istiqamətindəki fəaliyyətindən bəhs edib. Çıxışda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan arasında astronomiya təhsili və elmi maarifləndirmə sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

İki hissədən ibarət olan sessiyanın birinci hissəsində Azərbaycan, Türkiyə və Qazaxıstandan olan alimlər astronomiya elmi və təhsili ilə bağlı fikir və təcrübələrini videoformatda təqdim ediblər. Bu hissədə N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov, Van Yüzüncü İl Universitetinin dosenti, astrofizik, elmi kommunikasiya mütəxəssisi və yazıçı Selçuk Topal, V. Q. Fesenkov adına Astrofizika İnstitutunun aparıcı elmi işçisi və Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin baş müəllimi Saule Şomşekova, eləcə də həmin universitetin dosenti Diana Nasirova çıxış ediblər. Məruzələrdə astronomiyanın müasir cəmiyyətdəki əhəmiyyəti, elmi dünyagörüşünün formalaşmasındakı rolu, məktəb və ali təhsil pillələrində tədrisinin vacibliyi, türk xalqlarının ortaq astronomik irsi və gələcək elmi əməkdaşlıq imkanları ətrafında maraqlı fikirlər səsləndirilib.

Sessiyanın ikinci hissəsi pedaqoji təcrübəyə həsr olunub və burada beş müəllimin real dərs videoları nümayiş etdirilib. Təqdimatlarda universitet səviyyəsində astronomiyanın tədrisindən məktəb dərslərində layihə əsaslı öyrənməyə, STEAM yanaşmasına və rəqəmsal texnologiyaların tətbiqinə qədər müxtəlif tədris nümunələri əks olunub.

İlk olaraq N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi və Bakı Dövlət Universitetində astronomiya fənninin tədrisi ilə məşğul olan Aysel Rüstəmovanın “Ali təhsil səviyyəsində astronomiya tədrisi” adlı dərs materialı təqdim edilib. Daha sonra V. Q. Fesenkov adına Astrofizika İnstitutunun aparıcı elmi işçisi və Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin baş müəllimi Saule Şomşekovanın “Müasir astronomiyanın əsasları: Ulduzlar, dəyişən ulduzlar və simbiotik ulduzlar” mövzusunda dərs videosu nümayiş olunub.

Konya Karatay Fen Liseyinin fizika müəllimi Ali Seyfi Koyuncuoğlunun “Sürət və təcil dəyişməsi arasındakı əlaqə” mövzusunda dərs təqdimatı da iştirakçılara təqdim edilib. Növbəti dərs isə Qəbələ rayonunun Həmzəli kənd tam orta məktəbinin coğrafiya müəllimi Fəxrinisə Dadaşovanın “Başqa planetdə həyat: Orada yaşasaydım, necə olardı?” mövzusuna həsr olunub. Təqdim olunan dərs materialında astronomiyanın yaradıcı və interaktiv metodlarla tədrisinə nümunələr nümayiş etdirilib.

Sonuncu dərs Hədəf Stars International Cambridge School-un müəllimi və N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Nəticələrin İşlənməsi və Nəşri sektorunun müdiri Cəmilə Tağıyeva tərəfindən hazırlanıb. “Planetlər və kosmos: Fizika, Computing və STEAM inteqrasiyası” adlı dərsdə şagirdlərin Günəş sisteminin planetləri haqqında məlumat toplamaları, əldə etdikləri məlumatları Microsoft Excel proqramında sistemləşdirmələri və Scratch vasitəsilə planetlər haqqında interaktiv layihələr hazırlamaları nümayiş olunub.

Qeyd edək ki, elmi və pedaqoji təcrübənin bir araya gətirildiyi sessiya Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili Ofisinin (IAU OAE) Azərbaycan üzrə Milli Astronomiya Təhsili Koordinatoru (NAEC) Aynurə Həsənovanın rəhbərliyi, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Baxşiyevanın həmrəhbərliyi və tərcümə dəstəyi ilə həyata keçirilib.

Sessiya türk dilli ölkələr arasında astronomiya təhsili sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, milli dillərdə elmi biliklərin təbliği və gələcək əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026