Ekskursiyalar Saytın xəritəsi
AZEN
Voyager 1 kosmik gəmisi Yerdən bir işıq günü uzaqdadır - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Voyager 1 kosmik gəmisi Yerdən bir işıq günü uzaqdadır
18.11.2026 09:06 / ASTRO XƏBƏRLƏR Voyager 1 kosmik gəmisi Yerdən bir işıq günü uzaqdadır

“NASA”nın hesablamasına görə, 18 noyabr 2026-cı ildə Bakı vaxtı ilə saat 14:16:07-də Voyager 1 Yerdən  1 işıq günü məsafədə olacaq. Bu 25,9 milyard kilometrə bərabərdir və o, Yerdən bu qədər uzaqlaşan ilk kosmik zond olacaq.

Voyager “NASA”nın layihəsidir və Günəş sisteminin hüdudlarını tədqiq etmək məqsədilə hazırlanmışdır. 1977-ci ildə buraxılan zondlar uzunmüddətli missiya üçün hazırlanmışdı və Günəşin heliosferini tərk edən ilk insan əli ilə hazırlanmış cihazlardır.  

Voyager 1 Günəşə nəzərən təxminən 61 000 km/saat sürətlə, şimala İlandaşıyan bürcü istiqamətində hərəkət edir. Voyager 2 isə Yerdən təxminən 21,7 milyard kilometr uzaqdadır və 55 000 km/saat sürətlə cənuba, Tovuzquşu  bürcü istiqamətində irəliləyir.

Son məlumatlra əsasən Voyager 1-də iki, Voyager 2-də üç elmi cihaz aktivdir. Hər iki zondda maqnitometr və plazma dalğalarını ölçən cihaz aktivdir. Voyager 2-də isə kosmik şüa detektoru da işləkdir. Qeyd edək ki, zondlarda uzunmüddətli enerji mənbəyi kimi Pu-238 radioizotpu istifadə olunub və generatorun gücü azaldıqca cihazlar mərhələli şəkildə söndürülüb. Hal-hazırda Voyager 1-ə siqnalın gedib-qayıtması təxminən 48 saat çəkir. Voyager 1-in siqnalları Qoldstoun və Madriddə, Voyager 2-nin isə Avstraliyanın Kanberra kompleksində qəbul olunur. Hər iki zondda qızıl suyuna çəkilmiş mis Qızıl disk yerləşdirilib. Həmin diskdə Yer kürəsindən 115 təsvir, təbiət səsləri, 55 dildə “salam” və müxtəlif xalqların musiqi parçaları yazılıb.

Kosmik zondlar öz fəaliyyətləri dövründə Günəş sisteminin xarici planetləri -Yupiter və Saturn, Uran və Neptunu tədqiq edib. Voyager 1 Yupiterin zəif halqasını kəşf edib və onun peyki İoda aktiv vulkanların olmasını təsdiqləyib. Saturnun peyki Titanın atmosferinin əsasən azotdan ibarət olduğunu göstərib. Uran və Neptunun yaxınlığından keçən Voyager 2 isə Uranda yeni peyklər və halqalar, Neptunda Böyük Qaranlıq Ləkə, onun peyki Tritonda isə aktiv qeyzerlər aşkar edib.

Voyager 1-dən geri qalan Voyager 2 isə 2035-ci ildə Yerdən bir işıq günü qədər uzaqlaşacaq. Eyni vaxtda buraxılan zondların fərqli sürətə malik olmaqlarından əlavə trayektoriyaları da eyni deyildi. Voyager 2 Yupiterlə, Saturndan əlavə Uran və Neptuna da yaxınlaşan ilk kosmik zonddur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026