Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
16.11.2026 11:00 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı nisbətən artaraq,  C və M  sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4566 ləkə regionunda baş vermiş M3.6 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R1-R2 səviyyəli fasilələr, II-IV tip radioemissiya qeydə alınmışdır. Müşahidə olunan ləkə regionları α və β kimi sadə maqnit quruluşu göstərir. Günəşin səthində ləkələrin sayı artaraq 6 ləkə qrupunda 83  ləkə və Tac Dəlikləri müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli əsasən yüksək səviyyədə olmuş, 7897 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin maksimal sürəti 814 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (320 km/san), sıxlığı 1.3 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 2.52 nT, radial istiqamətdə isə  0.09 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi sakit və aktiv səviyyələr arasında olmuşdur. 07 noyabrda Tac Dəliyi Axınlarının təsiri ilə G1 səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsinin intensivliyini xaraterizə edən Kp indeksi 0.3 göstərir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (16-23 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyi sürətinin Tac Kütlə Atılmalarının və müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 17-18 noyabrda yüksələcəyi, sonra isə yenidən normallaşacağı gözlənilir. 

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–40%, orta  geomaqnit enliklərdə isə 30-1%-dir.

Geomaqnit sahəsi – 14 noyabrda qeydə alınmış Tac Kütlə Atılmalarının və Tac Dəliklərinin təsiri ilə 17-18 noyabrda G1 səviyyəli (zəif) geomaqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026