Mayın 31- də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts ( Dr Carole Crofts) AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar. Qonaqları ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov qarşılayıb. Səfər zamanı qonaqlar ŞAR-ın 2 metrlik teleskopu ilə tanış olublar.
Onlara ŞAR-da aparılan elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr, rəsədxananın müşahidə imkanları haqqında geniş məlumat verilib. ŞAR-da yaradılan şərait qonaqlarda böyük təəssürat yaradıb.
Qonaqları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.