Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
08.11.2026 12:10 / MÜHÜM HADİSƏLƏR Rəsədxanada Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdən əvvəl Rəsədxana kollektivi Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini ehtiramla yad edib, məzarları önünə tər çiçəklər qoyub.

Rəsədxananın konfrans zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində mühüm yer tutduğunu bildirib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin və Vətənə bağlılığının təntənəsi olduğunu vurğulayıb.

Namiq Cəlilov qeyd edib ki, Zəfərimiz Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnib. Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri isə Azərbaycanın gücünü və gələcəyə inamını nümayiş etdirir.

Tədbirdə Rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılov, “Planetlər və kiçik səma cisimləri” şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev, “Elmi əlaqələr və təşkilati işlər” şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Kamal Hüseynov, “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, astronomiya elmləri doktoru Canməmməd Rüstəmov və “Planetlər və kiçik səma cisimləri” şöbəsinin elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fazil İsmayılov çıxış ediblər.

Çıxışlarda xalqımızın 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından, əldə olunan tarixi Zəfərin ölkəmizin ictimai-siyasi həyatındakı əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, Vətən müharibəsində qazanılan Qələbə xalqımızın milli ruhunun, dövlətinə və ordusuna olan inamının parlaq təzahürüdür. Həmçinin şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi vurğulanıb.

Tədbirin sonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 
Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026