Ekskursiyalar Saytın xəritəsi
AZEN
“Swift” kosmik rəsədxanasının Yerə düşəcəyi  gözlənilir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
“Swift” kosmik rəsədxanasının Yerə düşəcəyi  gözlənilir
03.11.2026 12:00 / ASTRO XƏBƏRLƏR “Swift” kosmik rəsədxanasının Yerə düşəcəyi gözlənilir

“NASA”-nın 20 noyabr 2004-cü ildə kosmosa buraxdığı, “Swift Gamma-Ray Burst Explorer”  adlandırılmış kosmik rəsədxananın  təxminən 3-4 noyabr tarixlərində Yerə düşəcəyi gözlənilir.

Kosmik Rəsədxana 22 il ərzində qamma-şüa alışmalarını (GRB) və yüksək enerjili hadisələri  müşahidə edib. Hazırda “Neil Gehrels Swift Observatory” adlanan rəsədxana qamma-şüa alışmalarını aşkarlayan - BAT, rentgen teleskopu - XRT və ultrabənövşəyi, həmçinin optik diapazonda işləyən - UVOT teleskopları ilə təchiz olunub.

2026-cı ilin fevral ayına olan məlumatlara əsasən Günəş fəallığı nəticəsində kosmik teleskopun hündürlüyü əsasən 400 km-dən aşağı düşmüşdü. Peykin hündürlüyünün artırılması üçün görülən tədbirlər gözlənilən nəticəni vermədi. Rəsədxananı yenidən əvvəlki orbitinə qaldırmaq üçün göndərilən “LINK” raket-sürətləndiricisindən də sonra peyki əvvəlki obitə qaldırmaq mümkün olmayıb, “Swift”-lə birləşmə və daha yüksəyə qaldırma planı baş tutmayıb.

NASA-nın 23 oktyabrda yaydığı məlumata əsasən "Swift"-in hündürlüyü 275 km-ə enib və  artan atmosfer müqaviməti sabit müşahidələri mümkünsüz etdiyindən rəsədxananın  elmi fəaliyyəti dayandırılıb.

“Swift”in orbit müstəvisi ekvatorla təxminən 21 dərəcəlik bucaq əmələ gətirir. Buna görə mümkün atmosferə giriş zolağı təxminən 21° şimal və 21° cənub enlikləri arasında yerləşir. Təxminən 1,5 ton kütləsi olan peykin atmosferə daxil olarkən böyük hissəsinin yanacağı gözlənilir. Bununla belə, bəzi hissələr Yer səthinə çata bilər. Bu zolağın böyük hissəsi okeanların üzərinə düşsə də, Afrika, Cənubi və Cənub-Şərqi Asiya, eləcə də Latın Amerikasının bəzi ərazilərini əhatə edir. Bu, həmin ərazilərə mütləq qalıqların düşəcəyi demək deyil. Kosmik tullantılarla bağlı qaydalara əsasən insan itkisi ehtimalının on mində birə bərabər olduğu bildirilir. Bu enmə idarəolunmayan proses olacaq.

 Bu günki, proqnozlara əsasən peykin  atmosferə girişi Bakı vaxtı ilə 3 noyabr saat 20:18 (±12 saat) və 4 noyabr saat 13:30 (±26 saat)  ola bilər.  

Bu hadisə kosmik hava şəraitinin, xüsusən geomaqnit qasırğalarının monitorinqinin peyklərin təhlükəsiz istismarı üçün əhəmiyyətini yenidən göstərir. Orbitə çıxarılan peyklərin sayı artdıqca, onların istismar müddətinin sonunda təhlükəsiz şəkildə orbitdən çıxarılmasının planlaşdırılması da daha böyük əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026