Ekskursiyalar Saytın xəritəsi
AZEN
ŞAR əməkdaşı beynəlxalq konfransda iştirak edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
ŞAR əməkdaşı beynəlxalq konfransda iştirak edib
16.10.2026 11:47 / KONFRANSLAR ŞAR əməkdaşı beynəlxalq konfransda iştirak edib

12-14  oktyabr  2026-cı  il  tarixlərində  Yaponiyanın  Tokio  şəhərində  “Astronomy  2026:  International  Conference  on  Astronomy,  Astrophysics  and  Space  Science”  mövzusunda  beynəlxalq  elmi  konfrans  keçirilib.  Beynəlxalq  tədbirdə  dünyanın  40-dan  çox  aparıcı  elmi  mərkəzini  təmsil  edən  alim  və  tədqiqatçılar,  o  cümlədən  Elm  və  Təhsil  Nazirliyi  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasının  (ŞAR)  "Nəzəri  Astrofizika  və  Kosmologiya"  şöbəsinin  aparıcı  elmi  işçisi,  fizika-riyaziyyat  üzrə  fəlsəfə  doktoru,  dosent  Məhəmməd  Nurməmmədov  iştirak  edib.

15 sessiya bölməsi üzrə təşkil olunan konfransın “Astrofizika və Kosmologiya” üzrə paralel texniki sessiyasında alimimiz əsas məruzəçi (Keynote Speaker) qismində çıxış edib. O, “Qeyri-klassik riyazi fizika tənliklərinin tətbiqi ilə maqnit ulduzlarında toroidal plazma və sahədə magnithidrodinamik tarazlığın tədqiqi” (An Application of Non-Classical Equations of Mathematical Physics to Magnetic Stars for the Investigation of Magneto-Hydrodynamic Equilibrium with Toroidal Plasma and Field) mövzusunda elmi məruzəsini təqdim edib.

Məhəmməd Nurməmmədov çıxışında bildirib ki, maqnit ulduzlarında toroidal sahənin birbaşa müşahidəsi son dərəcə çətin, bəzi hallarda isə qeyri-mümkün olduğundan bu istiqamətdə nəzəri metodlarla aparılan tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Alim maqnitsferdə Lorens qüvvəsi, plazma təzyiq qradiyenti və mərkəzdənqaçma qüvvələrinin tarazlığı əsasında maqnithidrodinamik tarazlıq şərtini müəyyən etmək üçün ilk dəfə qeyri-klassik riyazi fizika tənliyini tətbiq etdiyini diqqətə çatdırıb. Həmçinin diferensial fırlanmada “poloidal” və “toroidal” maqnit sahələrinin dayanıqlı təsirini saxlayan şərtlər müəyyən olunub, model tənlikdə cırlaşma və sinqulyarlıq xüsusiyyətlərinin fiziki mahiyyəti (“cut-off”, “resonance”) təhlil edilib.

Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.

Sonda ŞAR əməkdaşı Məhəmməd Nurməmmədova fəal iştirakına görə konfransın Elmi Komitəsi tərəfindən xüsusi minnətdarlıq məktubu və iştirakçı sertifikatı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026