
2026-cı il Fizika üzrə Nobel mükafatının qalibi açıqlanıb. Bu il mükafata belçikalı fizik Frensis Halzen layiq görülüb. Mükafat “IceCube Neytrino Rəsədxanasına həlledici töhfələrinə və astrofiziki mənşəli yüksəkenerjili neytrinoların kəşfinə görə” təqdim olunub.
Neytrinolar adi atomla çox nadir qarşılıqlı təsirə girmələrinə baxmayaraq, kainatda olduqca geniş yayılmış zərrəciklərdir. Onlar maddə ilə son dərəcə zəif qarşılıqlı təsirə girdiklərinə görə Yer kürəsindən, hətta insan bədənindən demək olar ki, heç bir iz buraxmadan keçə bilirlər.
Kainatda son dərəcədə yüksək enerjilərə malik zərrəciklər mövcuddur. Onların bəzilərinin enerjisi Yerdəki ən güclü sürətləndiricilərdə əldə olunan enerjidən qat-qat yüksəkdir. Həmin zərrəciklərin mənşəyi, necə formalaşmaları, mənbəyi məlum deyil. İnsanlar neytrinoların nadir də olsa,kiçik bir hissəsini qeydə ala bilirlər. Sadəcə məlumdur ki, yüksəkenerjili neytrinolar da elə digər zərrəciklər formalaşdıgı yerdə yaranırlar. Lakin onlardan fərqli olaraq neytrinolar heç bir halda istiqamətini dəyişmir və enerjisini itirmir. Bu isə o deməkdir ki, onlar digər zərrəciklərin verə bilmədiyi informasiyanı daşıyırlar.
Frensis Halzen hələ 1988-ci ildə kosmik mənşəli yüksəkenerjili neytrinoları aşkar etmək üçün Cənub qütbünün dərin və şəffaf buz qatından nəhəng detektor kimi istifadə edilməsini təklif etmişdi. Neytrinolar buzun daxilindəki atom nüvələri ilə qarşılıqlı təsirə girdikdə yüksək sürətli yüklü zərrəciklər yaranır. Bu zərrəciklər buzda hərəkət edərkən Çerenkov şüalanması adlanan zəif mavi işıq əmələ gətirir. Buzun dərinliklərində yerləşdirilmiş həssas fotodetektorlar məhz bu işığı qeydə alır. Antarktida buzları belə bir detektor üçün son dərəcə əlverişlidir. Burada buz çox şəffafdır və səthdən gələn bir çox aləvə küy yaardacaq siqnallar yoxdur.
Bu ideya əsasında yaradılan IceCube Neytrino Rəsədxanası 2011-ci ildə tam elmi fəaliyyətə başlayıb. IceCube təxminən bir kubkilometr Antarktida buzunu əhatə edən nəhəng detektordur. Buzun 1,5–2,5 kilometr dərinliyində yerləşdirilmiş 60 modullu, 5 mindən çox optik sensor neytrino qarşılıqlı təsirləri zamanı yaranan son dərəcə zəif işıq siqnallarını qeydə alır.
Rəsədxana fəaliyyətə başlayandan bir neçə il sonra artıq Günəş sistemindən kənardan gələn neytrino qeydə alındı və beləcə, astronomiyanın yeni bir istiqamətinin əsası qoyuldu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.