Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada “Sual Şagirddən – Cavab Alimdən” layihəsi həyata keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada “Sual Şagirddən – Cavab Alimdən” layihəsi həyata keçirilib
05.10.2026 10:35 / TƏDBİRLƏR Rəsədxanada “Sual Şagirddən – Cavab Alimdən” layihəsi həyata keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə 1–4 oktyabr 2026-cı il tarixlərində Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş və Beynəlxalq Astronomiya İttifaqının (IAU) “100 Saatlıq Astronomiya” tədbirləri çərçivəsində “Sual Şagirddən – Cavab Alimdən” adlı layihə həyata keçirilib. Çoxsaylı şəhər və rayonları əhatə edən layihədə Bakı şəhərinin 279 nömrəli tam orta məktəbi, A. Rəhimov adına 247 nömrəli tam orta məktəb, Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyi, Abşeron rayonu, Masazır qəsəbəsi 3 nömrəli tam orta məktəb, Mingəçevir şəhər Y. Muradov adına 11 nömrəli tam orta məktəb, Qəbələ şəhəri Ş. Bulqədirov adına 5 nömrəli tam orta məktəb, Qəbələ rayonunun Vəndam qəsəbəsi H. Rəşidov adına 2 nömrəli tam orta məktəb, Şamaxı şəhəri M. Veysov adına 6 nömrəli tam orta məktəb, Şamaxı şəhəri E. Hüseynov adına 2 nömrəli tam orta məktəb və Qobustan şəhəri 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Layihə çərçivəsində Azərbaycanın müxtəlif ümumtəhsil məktəblərində təhsil alan şagirdlər tərəfindən astronomiya və kosmosla bağlı maraqlı və düşündürücü suallar hazırlanaraq təqdim olunub. Seçilmiş suallar Şamaxı Astrofizika Rəsədxanasının alim və mütəxəssisləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, şagirdlər tərəfindən ünvanlanan suallar astronomiyanın müxtəlif istiqamətlərini, Günəş sistemi və planetləri, ulduzları və qalaktikaları, kosmik tədqiqatları, kainatın quruluşu və inkişafını, eləcə də gündəlik həyatda müşahidə olunan müxtəlif astronomik hadisələri əhatə edib. Həmin suallar isə şagirdlərin yaş xüsusiyyətləri və maraqları nəzərə alınmaqla, alimlər tərəfindən elmi əsaslarla, eyni zamanda məktəblilər üçün anlaşıqlı və maraqlı formada cavablandırılıb.

Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili Ofisi (IAU OAE) – Azərbaycan üzrə Milli Astronomiya Təhsili Koordinatoru (NAEC) Komandasının üzvü Aynurə Həsənovanın rəhbərliyi, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Baxşiyevanın koordinasiyası ilə həyata keçirilən layihənin əsas məqsədi məktəblilərin astronomiya və kosmosa marağını artırmaq, onların elmi maraq və suallarını alimlərin cavabları vasitəsilə dəstəkləmək, elmi bilikləri geniş auditoriyaya çatdırmaq və elmə marağı təşviq etmək olub.

Şagirdlər tərəfindən ünvanlanan suallar və ŞAR alimlərinin cavabları videomateriallar şəklində 1–4 oktyabr 2026-cı il tarixlərində ŞAR-ın rəsmi “facebook” səhifəsində paylaşılıb.

Layihənin həyata keçirilməsində iştirak edən bütün şagirdlərə, müəllimlərə, ŞAR-ın rəhbərliyinə, alim və elmi mütəxəssislərə, eləcə də video materialların hazırlanması, çəkilişi, montajı və paylaşılmasında iştirak edən əməkdaşlara təşəkkürümüzü bildiririk.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026