
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləyib, B sinif alışmalar üstünlük təşkil edir. Maksimal sinifli alışma isə 4535 ləkə regionunda baş vermiş C8.6 sinifli alışma olmuşdur. Ləkə regionları sadə α və β maqnit quruluşu göstərir. Hesabat dövründə əsasən Tac Dəliklərinin Yerə təsiri olub. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 55 ləkə, həmçini yenə də Tac Dəlikləri müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə olmuş, 29 sentyabrda 5621 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur..
Günəş küləyinin maksimal sürəti həftə ərzində normal həddə olsa da, 04 oktyabrda 644 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 22 nT, radial istiqamətdə isə -22 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır 589 km/san, sıxlığı 5.4 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 7 nT, radial istiqamətdə isə -0.2 nT təşkil edir.
Hesabat dövründə gözlənildiyi geomaqnit sahəsi intensivliyi sakit-aktiv səviyyələr arasında dəyişmişsə də, Tac Dəliyi Axınlarının təsiri ilə 04 oktyabrdan geomaqnit qasırğası başlamışdır. Geomaqnit qasırğasının intensivliyi zəif-orta (G1-G2) səviyyələr arasında dəyişmişdir və hal-hazırda davam edir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (05-11 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 35%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin proqnoz dövründə 300-500 km/san arasında dinamik dəyişməsi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–20%, orta geomaqnit enliklərdə isə 30-1%-dir.
Geomaqnit sahəsi – müsbət Tac Dəliyi Axınlarının təsirinin 06 oktyabradək davam edəcəyi, sonra isə əsasən geomaqnit sahəsinin intensivliyinin sakit-aktiv səviyyələr arasında dəyişəcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.