
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı yenə də zəif olmuşdur, əsasən C sinif alışmalar baş vermişdir. Maksimal sinifli alışma isə 4534 ləkə regionunda baş vermiş C3.1 sinifli alışma olmuşdur. Ləkə regionları sadə Beta maqnit quruluşu göstərir. Hesabat dövründə qeydə alınan Tac Kütlə Atılmaları qeydə alınsa da, Yerə təsir edəcək istiqamətdə olmayıblar. Günəşin səthində ləkələrin sayı artaraq 4 ləkə qrupunda 67 ləkə müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə olmuş, 1259 pfu-dək, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.
Günəş küləyinin maksimal sürəti 557 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -13 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (348 km/san), sıxlığı 1.7 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 3.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir.
Hesabat dövründə gözlənildiyi geomaqnit sahəsi intensivliyi sakit-aktiv səviyyələr arasında dəyişmişdir, 25 sentyabrda qısa müddətli G1 səviyyəsinə yüksəlmə qeydə alınmışdır.
Kosmik hava proqnozu – Proqnoz günlərində (28 sentyabr-04 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 60%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin 30 sentyabrdan sonra normal qiymətlərə geri dönəcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–10%, orta geomaqnit enliklərdə isə 5-1%-dir.
Geomaqnit sahəsi – Proqnoz dövrü ərzində əsasən Tac Dəliyi Axınlarının təsiri ilə sakit-aktiv səviyyələr arasında dəyişəcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.