Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
16.09.2026 11:27 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Sentyabr ayının 16-da  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminarı ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov açaraq iştirakçıları salamlayıb, onlara məruzənin mövzusu barədə məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri“ şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov “Fəal nüvəli qalaktikaların spektral tipinin dəyişməsi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə fəal nüvəli qalaktikaların spektral tipinin dəyişməsi fenomeni araşdırılır. Spektral tipini dəyişən fəal nüvəli qalaktikalar (Changing-Look Active Galactic Nuclei — CLAGN) müasir astrofizikanın ən çox tədqiq olunan və standart modelləri çətinliyə salan obyektlərdəndir. Bu qalaktikalar cəmi bir neçə ay və ya il ərzində bir spektral tipdən digərinə (məsələn, geniş xətli Sy1 tipindən dar xətli Sy 2 tipinə və ya əksinə) keçid edirlər.

Məruzəçi seminarda spektral tipini dəyişmiş fəal nüvəli qalaktikalardan bir neçə nümunə gətirib. Bu fenomenin fərqli və oxşar cəhətlərini qeyd edib. Spektral tipin dəyişməsi ilə bağlı əsas həll edilməmiş problemləri təhlil edərək, bu fenomeni izah etmək üçün son dövrlərdə irəli sürülmüş nəzəri modellərin üstün və çatışmayan cəhətlərini diqqətə çatdırıb.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışın yekununda mövzu ətrafında geniş müzakirə olunub və məruzəçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026