
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmişdir və maksimal sinifli alışma 4521 ləkə regionunda baş vermiş 5.8 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq sadəcə Tac Kütlə Atılmaları qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 6 ləkə qrupunda 77 ləkə və Tac dəlikləri müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə olmuş, 7008 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.
Günəş küləyinin maksimal sürəti 627 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 17 nT, radial istiqamətdə isə 13 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (319 km/san), sıxlığı 6.84 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə 1.4 nT təşkil edir.
Hesabat dövründə gözlənildiyi kimi 07-08 sentyabrda zəif geomaqnit qasırğası (G1) baş vermişdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (14-20 iyul) C sinif alışmanın baş verməsi ehtimalı 60%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyi sürətinin təxminən 590 km/san-dək yüksələcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–20%, orta geomaqnit enliklərdə isə 25-1%-dir.
Geomaqnit sahəsi – Tac Dəliyi Axınlarının təsiri ilə 14-15 sentyabrda G1 səviyyəli, yəni zəif geomaqnit qasırğası baş verə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.