Ekskursiyalar Saytın xəritəsi
AZEN
“MOONS”un ilk müşahidəsi uğurla yekunlaşıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
“MOONS”un ilk müşahidəsi uğurla yekunlaşıb
04.09.2026 17:34 / ASTRO XƏBƏRLƏR “MOONS”un ilk müşahidəsi uğurla yekunlaşıb

Avropa Cənub Rəsədxanasının “MOONS”  (Multi-Object Optical and Near-infrared Spectrograph) spektroqrafının ilk müşahidəsi uğurla yekunlaşıb. Spektroqraf Çilidə yerləşən Paranal Rəsədxanasının VLT (Very Large Telescope) teleskopuna quraşdırılıb. “MOONS” un görüş sahəsi bir ekspozisiyada 1000 obyekti müşahidə etməyə imkan verir. Spektroqraf qırmızı və infraqırmızı şüalarda müşahidə aparacaq. Bu diapazon tozla örtülmüş obyektləri müşahidə etməyə imkan verir. Belə geniş görüş bucağı və müşahidə diapazonu sayəsində spektroqraf qalaktikanın mərkəzini və erkən kainatda uzaq qalaktikaların necə formalaşdığını görməyə imkan verir.

Spektroqraf iki hissədən - VLT-nin güzgüsünün əyriliyini belə geniş görüş sahəsi üçün korreksiya edəcək korreksiyaedici linzalar sitemindən və 1001 ədəd Fiber Positioning Unit-dən (FPU), 20 ədəd kamera və 48 reper yerləşdirilmiş monolit blokdan ibarətdir. Hər bir FPU müstəqil şəkildə idarə olunur. Müşahidə prosesində sistemdə yaranan termal genişlənmələr nəzərə alınır və korrektə edilir. FPU-ların mövqelərinin saxlanılması 15 μm-dən yüksək dəqiqliklə təmin olunur.

MOONS sistemi arxa-arxaya yerləşdirilmiş iki üçkanallı spektroqrafdan ibarətdir. Hər spektroqraf RI, YJ və H diapazonlarında eyni zamanda müşahidə aparmağa imkan verir. Bu quruluş həm çoxkanallı müşahidəni, həm də geniş spektral diapazonun eyni vaxtda əhatə olunmasını təmin edir. Bundan əlavə, blok özü bütövlükdə 200 μm məsafədə hərəkət etdirilə bilir. Nəticədə növbəti ekspozisiyada fiber spektrləri detektorun əvvəl istifadə olunmayan sahələrinə yönəldilir. Bu üsul yararsız piksellər, digər cihaz xətalarının təsirini azaltmağa və onların daha effektiv korrektə edilməsinə imkan verir. Spekrtoqraf ölçüsünə görə VLT-nin baş fokusuna deyil, Nasmit portuna yerləşdirilib. Cihaz müşahidədən obyektin kütləsini, sürətini və ən əsası kimyəvi tərkibini müəyyən etməyə imkan verir. Spektrlərin digər istilik mənbələri tərəfindən çirkləndirilməməsi üçün spektroqraf kriostata yerləşdirilib. Bunun üçün hündürlüyü 4.5 m, uzunluğu 10 m olan cihaz -143 ÷ -231 dərəcə Selsiyədək, 5000 ton maye azotla soyudulur. Bu da Yerüstü teleskoplar üçün indiyədək hazırlanmış ən böyük kriostatlardan biridir.

İnfraqırmızı diapazon tozla əhatələnmiş və adi işığın görə bilmədiyi obyektlərin müşahidəsində istifadə olunur. Qalaktikanın diski və mərkəzi qalın qaz-toz təbəqəsi ilə örtülüb. Məhz bu hissəni belə geniş baxış sahəsi ilə müşahidəyə malik ilk cihaz “MOONS” olacaq və infraqızmızı astronomiyada olan boşluğu dolduracaq. Kainat genişləndiyindən göy cisimlərindən gələn işığın daha uzundalğalı tərəfə sürüşməsinə səbəb olur. “MOONS” isə eyni anda infraqırmızı diapazonda nə qədər çox obyektin olduğunu göstərəcək. Bu Kainatın təkamülü baxımından çox vacib məqamdır. Onun Qalaktikanın tozla örtülmüş ulduzlar da daxil olmaqla, 40.000 işıq ili uzaqlıqdakı ulduzları araşdıra biləcəyi və Süd Yolunun dəqiq 3D xəritəsinin qurulmasına imkan verəcəyi gözlənilir.

Qeyd edək ki, “MOONS” Böyük Britaniyanın Astronomiya Texnologiyaları Mərkəzinin rəhbərliyi altında həyata keçirilən beynəlxalq layihədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026