Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşları beynəlxalq konfransda çıxış ediblər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
01.09.2026 11:29 / KONFRANSLAR Rəsədxana əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Ukraynanın Odesa şəhərində “Astronomy and Beyond: Astrophysics, Cosmology and Gravitation, Astroparticle Physics, Radioastronomy, Astrobiology and Genetics” mövzusunda XXVI Qamov Beynəlxalq Astronomiya Konfransı keçirilib.

Astronomiyanın müxtəlif istiqamətlərini əhatə edən beynəlxalq elmi tədbirdə dünyanın müxtəlif elmi mərkəzlərindən olan alim və tədqiqatçıları, o cümlədən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları da fəal iştirak edərək elmi məruzələrlə çıxış ediblər.

Konfransda ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, astronomiya elmləri doktoru, dosent Canməmməd Rüstəmov “Spiral qalaktikaların quruluşunun mənşəyi haqqında”, aparıcı elmi işçi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə “Qalıq diskə malik Ae/Be Herbiq tipli HD 141569A ulduzunda akresiya proseslərinin tədqiqi”, elmi işçi, astronomiya üzrə fəlsəfə doktoru Ülviyyə Poladova “Komet aktivliyinin ixtisaslaşdırılmış kataloqunun hazırlanması: parlaqlıq, parçalanma prosesləri və Günəş fəallığı ilə əlaqələr”, elmi işçi Zabit Fərziyev “Nəhəng planetlərin spektrofotometrik tədqiqi” və “Uran və Neptun planetlərinin spektrində λ6800 Å ətrafında metanın (CH₄) udulması”, kiçik elmi işçilər Samirə Baxşiyeva “NGC 4151 və NGC 3516 Seyfert qalaktikalarının fotometrik müşahidələri” və Aytac İskəndərova “Massiv rentgen qoşa ulduzu HD 226868-in qısamüddətli fotometrik dəyişkənliyi” adlı məruzələrlə çıxış ediblər.

Konfransın kosmologiya bölməsində çıxış edən Canməmməd Rüstəmov öz məruzəsində qalaktikaların spiral quruluşunun mənşəyi ilə bağlı yanaşmasını təqdim edib. Məruzədə spiral quruluşun “rüşeyminin” Böyük Partlayışdan sonra, kvark epoxasında kvark–qlüon plazması halından adron materiyası halına keçid zamanı, kritik nöqtə yaxınlığında formalaşa biləcəyi barədə fikir irəli sürülüb və bu yanaşmanın əsasını təşkil edən dəlillər haqqında məlumat verilib.

Qeyd olunub ki, Kainatdakı qalaktikaların təqribən 70 faizini spiral qalaktikalar təşkil etsə də, bu qalaktikalarda spiral quruluşun hansı mexanizmlər əsasında formalaşması məsələsi indiyədək tam izah edilməyib. Məruzə iştirakçılar tərəfindən maraqla dinlənilib və mövzu ətrafında suallar verilib.

Həmayil Adıgözəlzadə çıxışı zamanı Herbiq tipli HD 141569A ulduzunda aparılan uzunmüddətli spektroskopik müşahidələrin nəticələrini təqdim edib. Araşdırmada 2017–2023-cü illərdə Şamaxı Astrofizika Rəsədxanasında əldə edilmiş müşahidə materiallarından və 2007-ci ildə ESO VLT teleskopunun UVES spektroqrafı ilə alınmış arxiv spektrlərindən istifadə edilib.

Aparılmış təhlillər nəticəsində ulduzu əhatə edən qaz diskində Kepler tipli fırlanma, qaz axını və ulduz səthinə maddə daşınması ilə əlaqədar akresiya prosesinin mövcudluğu müəyyən olunub. Hγ və Hδ hidrogen xətləri əsasında kütlə akresiyası sürətinin Ṁacc ≈ (0,85–0,93) × 10⁻⁸ M☉ il⁻¹ olduğu hesablanıb. Əldə olunan nəticələr HD 141569A ulduzunun təkamül baxımından inkişaf etmiş keçid tipli diskə malik olmasına baxmayaraq, ulduzun səthinə qaz daşınmasının və zəif, lakin davamlı akresiya prosesinin hələ də aktiv olduğunu göstərib.

Ülviyyə Poladova öz məruzəsində kometlərdə baş verən parlaqlıq və parçalanma proseslərinin araşdırılması və bu hadisələr üzrə ixtisaslaşdırılmış kataloqun hazırlanması istiqamətində aparılan tədqiqatlar barədə məlumat verib. Tədqiqat çərçivəsində 188 aktiv komet hadisəsi, 116 aktiv komet və 102 meteor seli haqqında müşahidə və orbital məlumatların toplanaraq vahid məlumat bazasında sistemləşdirildiyi qeyd olunub.

Araşdırmanın əsas məqsədi kometlərin aktivliyi ilə Günəş fəallığı, günəş ləkələrinin sayı, orbital xüsusiyyətlər və meteor selləri arasında mümkün əlaqələri müəyyənləşdirməkdir. Hazırlanan kataloqun kometlərin fiziki və dinamik təkamülünün statistik təhlilinə, həmçinin gələcəkdə maşın öyrənməsi üsullarından istifadə etməklə komet aktivliyinin və parçalanma hadisələrinin proqnozlaşdırılmasına imkan yaradacağı bildirilib.

Konfransda Zabit Fərziyev nəhəng planetlərin atmosferlərinin tədqiqinə həsr olunmuş iki məruzə ilə çıxış edib. İlk çıxışında 2014–2021-ci illərdə Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda eşelle spektroqraf və CCD detektor vasitəsilə alınmış spektrlərdən istifadə edildiyini bildirib.

Tədqiqat zamanı molekulyar hidrogenin udulma xətlərinin təhlili əsasında Yupiter və Saturnun müxtəlif disk sahələri, həmçinin Uran və Neptunun tam diskləri üçün xəttlərin formalaşdığı atmosfer təbəqəsində təzyiq, fırlanma temperaturu və molekulyar hidrogenin miqdarı müəyyənləşdirilib. Əldə olunan nəticələrin nəhəng planetlərin atmosferlərində gedən fiziki proseslərin və onların təkamülünün öyrənilməsi baxımından əhəmiyyətli olduğu qeyd olunub.

İkinci çıxışında isə Uran və Neptunun spektrlərində λ6800 Å ətrafında metanın udulma zolağının R-budağına aid udulma xətləri araşdırılıb. Bu xətlərin nisbi intensivlikləri və yarımeni genişlikləri müəyyənləşdirilib. Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda 2017-ci ildə alınmış müşahidə materialları əsasında aparılan hesablamalar nəticəsində udulma xətlərinin formalaşdığı atmosfer dərinliyində fırlanma temperaturunun Uran üçün 78–102 K, Neptun üçün isə 74–112 K intervalında olduğu müəyyən edilib.

Alınmış nəticələr göstərib ki, metan zolaqlarının formalaşdığı atmosfer təbəqəsində temperatur metanın donma temperaturundan yüksəkdir. Bu xüsusiyyət planetlərin daxili enerjisi ilə əlaqələndirilir. Neptunda temperaturun Uranla müqayisədə daha yüksək olması isə onun daha güclü istilik şüalanması ilə əlaqəli ola bilər.

Samirə Baxşiyevanın təqdim etdiyi tədqiqatda Şamaxı Astrofizika Rəsədxanasında iki Seyfert qalaktikası — NGC 4151 və NGC 3516 üzərində aparılmış fotometrik müşahidələrin nəticələri təqdim olunub. Uzunmüddətli beynəlxalq monitorinq proqramları çərçivəsində bir neçə il ərzində B, V, Ic və Rc fotometrik filtrlərində əldə edilmiş çoxzolaqlı məlumatların təhlili hər iki qalaktikanın parlaqlığında əhəmiyyətli dəyişkənliyin mövcudluğunu göstərib.

Alınmış nəticələr bu qalaktikaların nüvələrinin yüksək aktivlik xarakterini təsdiqləməklə yanaşı, müxtəlif aktivlik mərhələlərində onların fotometrik davranışının öyrənilməsi üçün mühüm müşahidə məlumatları bazası təmin edir.

Aytac İskəndərova öz məruzəsində HD 226868 (= Cyg X-1) sistemi üzərində aparılmış fotometrik tədqiqatların nəticələrini təqdim edib. Qara dəlik namizədi və mavi ifratnəhəng ulduzdan ibarət olan bu massiv rentgen qoşa sistemi davamlı rentgen şüalanması və optik dəyişkənliyi ilə mühüm tədqiqat obyektlərindən biridir.

Qısamüddətli optik dəyişkənliyin araşdırılması məqsədilə 2018-ci ilin avqust–sentyabr aylarında AAVSO verilənlər bazasından əldə edilmiş yüksək dəqiqlikli V filtrində fotometrik müşahidələr təhlil edilib. Zaman sıralarının analizi nəticəsində sistemin orbital periodundan əhəmiyyətli dərəcədə qısa zaman miqyasında fotometrik dəyişkənlik aşkar olunub.

Müəyyən edilmiş parlaqlıq dəyişmələri HD 226868-in optik şüalanmasında qısamüddətli daxili dəyişkənliyin mövcudluğunu göstərir. Bu dəyişmələrin akresiya axınındakı qeyri-sabitliklər, ulduz küləyi ilə akresiya diski arasındakı qarşılıqlı təsir və ya digər dinamik proseslərlə əlaqəli ola biləcəyi ehtimal edilir. Əldə olunan nəticələr HD 226868 sistemində baş verən fiziki proseslərin və onun dəyişkənlik xüsusiyyətlərinin daha dərindən öyrənilməsinə töhfə verir.

Təqdim olunan elmi məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzəçilərə müxtəlif suallar ünvanlanıb və mövzular ətrafında elmi fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026